Prayk
Biznes proseslərinin idarəedilməsi üzrə admin — HR, kadr
Razılaşma yolu ilə

Biznes proseslərinin idarəedilməsi üzrə admin

YoxlanılıbBu gün
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
2
Nömrə
№5861183

Təsvir

Nə təklif edirik? “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük; Könüllü tibbi sığorta (ailə paketi); Peşəkar komanda ilə işləmək fürsəti; İşçinin inkişafı üçün təlim, tədris proqramları. İşin təsnifatı: Biznes proseslərinin AS-IS və TO-BE modellərinin proses xəritələrini, RACI matrisləri hazırlamaq prosesində iştirak etmək; Biznes prosesləri, daxili normativ sənədlər, nəzarət tədbirləri və uyğunsuzluqlar üzrə müvafiq reyestrləri aparmaq; Daxili normativ  sənədlərin razılaşdırılması, təsdiqi, qüvvəyə minməsi, yenilənməsi və ləğvi mərhələlərinin koordinasiyasını aparmaq; Biznes proseslərinin idarə edilməsi üzrə görüşlərin təşkilinə, nəticələrin sənədləşdirilməsinə və razılaşdırılmış tapşırıqların izlənilməsini təmin etmək; Struktur bölmənin fəaliyyəti üzrə sənəd və məlumat dövriyyəsini təşkil etmək, məlumatları, müraciət və sorğuları qəbul etmək, qeydiyyata almaq və aidiyyəti üzrə yönləndirmək; Proqram təminatlarından istifadə etməklə vizual materiallar və təqdimatlar hesabatlar, arayışlar və digər işçi sənədləri hazırlamaq. Tələblər: Biznesin idarə edilməsi, menecment, iqtisadiyyat,hüquq və ya digər uyğun ixtisas üzrə ali təhsil; Biznes prosesləri, keyfiyyətin idarə edilməsi və ya digər müvafiq sahə üzrə 2 il iş təcrübəsi; Canva, Microsoft Word, Excel, PowerPoint proqramlarında və süni intellekt alətləri ilə işləmək bacarığı; Elektron sənəd dövriyyəsi sistemlərində işləmək bacarığı; CEM, PMP, NEBOSH və ya IFMA/FMP kimi beynəlxalq sertifikatların olması üstünlükdür. İş şəraiti: İş rejimi: 5 günlük İş yeri: Bakı şəhəri CV-lərinizi “Biznes proseslərinin idarəedilməsi üzrə admin” başlığı altında Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz. Son müraciət tarixi: 11.12.2026 Müraciət: https://jobsearch.az/vacancies/foton-biznes-proseslerinin-idareedilmesi-uzre-admin-155924
REKLAM