Prayk
Hüquq və Müqavilə Şöbəsinin Rəhbəri — Hüquq, Bakı
Razılaşma yolu ilə

Hüquq və Müqavilə Şöbəsinin Rəhbəri

YoxlanılıbBu gün
Şəhər
Bakı
Tarix
Baxışlar
7
Nömrə
№6186761

Təsvir

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir. Şirkətin hüquqi fəaliyyətinin təşkili və idarə edilməsi, hüquqi risklərin müəyyən edilməsi və minimallaşdırılması;Şirkətin fəaliyyətinin Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə və normativ hüquqi aktlara uyğunluğunun təmin edilməsi;Müqavilələrin, sazişlərin, memorandumların və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və razılaşdırılması prosesinin idarə edilməsi;Müqavilə öhdəliklərinin icrasına nəzarət və müqavilə risklərinin qiymətləndirilməsi;Müştərilər, tərəfdaşlar, təchizatçılar və digər üçüncü tərəflərlə hüquqi məsələlərin tənzimlənməsi;Korporativ idarəetmə, şirkətdaxili qərarların, protokolların, əmrlərin və digər hüquqi sənədlərin hazırlanması və hüquqi müşayiətinin təmin edilməsi;Məhkəmə, arbitraj və digər mübahisələrin idarə edilməsi, zəruri hallarda şirkətin dövlət orqanları və digər qurumlar qarşısında təmsil edilməsi;Hüquqi məsələlərlə bağlı rəhbərliyə məsləhət və hüquqi rəy verilməsi;Hüquq və müqavilələr üzrə daxili prosedur, siyasət və qaydaların hazırlanması və təkmilləşdirilməsi;Hüquq komandasının fəaliyyətinin təşkili, iş bölgüsünün aparılması və əməkdaşların peşəkar inkişafının dəstəklənməsi. Tələblər: Hüquq üzrə ali təhsil;Hüquq sahəsində minimum 6-7 il iş təcrübəsi, rəhbər vəzifədə minimum 3 il təcrübə;Müqavilə hüququ, korporativ hüquq, kommersiya hüququ və mülki hüquq sahələrində dərin biliklər;Müqavilələrin hazırlanması, təhlili, danışıqların aparılması və hüquqi risklərin qiymətləndirilməsi üzrə təcrübə;Azərbaycan Respublikasının qanunvericiliyini mükəmməl bilmək;Məhkəmə və mübahisələrin həlli proseslərinin idarə olunması üzrə təcrübə;Hüquqi sənədlərin hazırlanması və hüquqi rəylərin təqdim edilməsi bacarığı;Azərbaycan dilində sərbəst, ingilis və rus dillərində yaxşı işgüzar ünsiyyət bacarığı;Analitik düşünmə, strateji yanaşma, liderlik və qərarvermə bacarıqları;Yüksək kommunikasiya və danışıqlar aparmaq bacarığı. Vakansiya növü: Tam ştat Şirkət: Guven Technology LLC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/gtc/gtc-huquq-ve-muqavile-sobesinin-rehberi-46654140/apply
REKLAM