Hüquqşünas vakansiyası üzrə təcrübəli və peşəkar mütəxəssisləri komandamıza dəvət edirik!
Namizədə tələblər:
Hüquqşünaslıq ixtisası üzrə ali təhsil;
Hüquq sahəsində minimum 3 il iş təcrübəsi;
Azərbaycan, rus və ingilis dili mütləqdir.
Azərbaycan Respublikasının mülki, mülki prosessual, inzibati xətalar, inzibati prosessual, əmək qanunvericiliyi və cinayət prosessual qanunvericiliyi üzrə biliklər;
Məhkəmə və dövlət orqanlarında təmsilçilik, prosessual sənədlərin hazırlanması və hüquqi yazışmaların aparılması üzrə təcrübə;
Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, təhlili və ekspertizası bacarığı;
Hüquqi risklərin müəyyənləşdirilməsi və təhlili bacarığı;
MS Office proqramlarında işləmək bacarığı;
Analitik düşünmə, araşdırma, problem həll etmə və qərarvermə bacarıqları;
Komandada işləmək, vaxtı düzgün idarə etmək və detallara diqqət yetirmək bacarığı.
İş şəraiti:
Ünvan: Xəzər rayonu, Buzovna qəsəbəsi
Servis xidməti: 20 Yanvar və Koroğlu istiqamətlərində servis xidməti mövcuddur.
İş qrafiki: 5 günlük, tam iş günü (09:00–18:00)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Son müraciət tarixi: 25.12.2026
Müraciət: https://jobsearch.az/vacancies/iqlim-elmi-istehsalat-muessisesi-mmc-huquqsunas-156985
REKLAM
Cookie fayllarından istifadə edirik Analitika yalnız razılığınızla; zəruri cookie-lər həmişə aktivdir.Məxfilik siyasəti