
İnsan resursları departamenti İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi Aparıcı mütəxəssis
İnsan resursları departamenti İnsan kapitalının inkişafı və əməkdaşların işə bağlılığı şöbəsi Aparıcı mütəxəssis
Razılaşma yolu ilə
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
Tarix
Nömrə№3305132
Təsvir
Vəzifənin funksiyaları:
Performansın idarə edilməsi prosesi çərçivəsində əməkdaşlar üçün real və ölçülə bilən hədəflərin qoyulması, monitorinqi, performansın qiymətləndirilməsi, təhlili, qiymətləndirmə sonrası dəyərləndirmə daxil olmaqla təkliflərinin hazırlanması proseslərini tərəfdaş olduğu departamentlər üçün icra etmək;
Vəzifələr üzrə kompetensiyaların müəyyənləşdirilməsində, qiymətləndirmə alətlərinin hazırlanmasında və istedad hovuzunu formalaşdırmasında iştirak etmək və prosesə məsuliyyət daşımaq;
İstedadın müəyyənləşdirilməsi, fəaliyyətin qiymətləndirməsi, təşkilat daxilində karyera inkişafı planlaşdırması metodologiyasının hazırlanması və həyata keçirilməsinə məsuliyyət daşımaq;
Təcrübə proqramları, instedadların inkişafına fokuslanan proqramlarının təbliğat və seçim mərhələrini təşkil etmək və uyğun iştirakçıların seçilməsi üçün alətləri yeniləmək; istedadların performansının idarə olunmasına dair proseslərin gedişatını təmin etmək;
Əməkdaşların işə bağlılığı üzrə layihələrin illik plan və konsepsiyasının yaradılması və icrasında iştirak etmək;
Tədbirlər, əməkdaşların rifahı üzrə layihələr, sosial məsuliyyətliliyi təşviq edən layihələrin planlaması, təbliğatı və təşkilində iştirak etmək;
Şöbənin funksiyaları daxilində müvafiq layihələri koordinasiya etmək.
Kompetensiyalar
Davranış kompetensiyaları
Effektiv kommunikasiya bacarığı
Emosional intellekt
Komandada işləmə
Məsuliyyətlilik
Nəticəyönümlülük
Sahibkarlıq ruhu
Təkmilləşməyə meyllilik
Təşəbbüskarlıq
Yaradıcılıq
Texniki kompetensiyalar
Qərar qəbul etmək qabiliyyəti
Planlama və prioritetləşdirmə
Auditoriya qarşısında çıxış qabiliyyəti
Müsahibə etmə və dəyərləndirmə qabiliyyəti
Strateji düşüncə qabiliyyəti
Analiz etmə qabiliyyəti
Təcrübə
Müvafiq sahədə (Performansın idarə edilməsi prosesləri və ya işə qəbul proseslərində çalışmaq təcrübəsi) 2 il iş təcrübəsi
Təhsil
Ali təhsil
Dil bacarığı
Azərbaycan dili (yüksək səviyyədə), İngilis dili (yüksək səviyyədə), Rus dili (arzuolunandır)
Kompüter bacarıqları
MS Office proqramları, xüsusilə Power Point, Word, Excel, Outlook, Visio – yüksək səviyyədə
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Müraciət: https://www.cbar.az/hr/f?p=100:106
Bənzər elanlar














