
15
İnsan Resursları üzrə mütəxəssis

Razılaşma yolu ilə
İnsan Resursları üzrə mütəxəssis
YoxlanılıbDünən
Tarix
Baxışlar15
Nömrə№4942965
Təsvir
İnsan Resursları komandamıza qoşulmaq üçün Azərbaycan Respublikasının əmək qanunvericiliyini bilən, məsuliyyətli və detallara diqqət yetirən İnsan Resursları üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Azərbaycan Respublikasının əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq işçilərin işə qəbulunun, əmək müqaviləsinə xitam verilməsinin və başqa vəzifəyə keçirilməsinin rəsmiləşdirilməsi;
İşçilərin şəxsi işlərinin formalaşdırılması, sənədlərin sistemləşdirilməsi və düzgün aparılmasının təmin edilməsi;
İşçi heyəti ilə bağlı müxtəlif növ arayışların, xasiyyətnamələrin və digər sənədlərin hazırlanması, aidiyyəti üzrə təqdim edilməsi;
Əmək müqavilələrinin, əmək müqavilələrinə dəyişikliklərin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;
İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət informasiya sistemlərinə və portallarına vaxtında, düzgün daxil edilməsinin təmin edilməsi;
ƏMAS, İSB və E-gov portallarında müvafiq əməliyyatların həyata keçirilməsi;
İşçilərin İnsan Resursları sahəsi ilə bağlı müraciət və sorğularının araşdırılması, cavablandırılması və müvafiq tədbirlərin görülməsi;
Könüllü tibbi sığorta ilə bağlı sənədləşmə və əməliyyatların icrası;
Kadr sənədlərinin düzgünlüyünə, tamlığına və qanunvericiliyin tələblərinə uyğunluğuna nəzarət edilməsi.
Könüllü tibbi sığorta proseslərinin idarə olunması üzrə təcrübə.
Namizədə tələblər
İnsan Resursları, idarəetmə, hüquq və ya müvafiq sahələr üzrə ali təhsil;
Azərbaycan Respublikasının əmək qanunvericiliyi üzrə biliklər;
Kadr inzibatçılığı və insan resursları sənədləşməsi sahəsində iş təcrübəsi;
ƏMAS, İSB və E-gov portallarından istifadə bacarığı;
MS Office proqramları ilə işləmək bacarığı;
Diqqətlilik, məsuliyyətlilik, operativlik və sənədlərlə dəqiq işləmək bacarığı;
Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı.
Üstünlük hesab olunur:
SAP HR/HCM proqramı ilə iş təcrübəsi;
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə, mövzu hissəsində “İnsan Resursları üzrə mütəxəssis” qeyd etməklə göndərə bilərlər.
Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son müraciət tarixi: 21.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-insan-resurslari-uzre-mutexessis-154368
REKLAM











