Prayk

İnteryer-dizayner

2 000 ₼
Yoxlanılıb4 gün əvvəl
Şəhər
Bakı
Kateqoriya
Dizayn
Tarix
Baxışlar
5
Nömrə
№4698144

Təsvir

Vəzifə öhdəlikləri: Dizayn layihələrinin konsepsiya mərhələsindən son tamamlanma mərhələsinə qədər (memarlıq/interyer/eksteryer) idarə edilməsi; Sahələri ziyarət edilməsi, layihələr üzrə şərtlərin və məhdudiyyətlərin qiymətləndirilməsi; Memarlıq/dizayn layihələrinin dəqiq hazırlanması; Plan məlumatlarının düzgünlüyünə görə eskizlərin çəkilməsi və CAD fayllarına çevirilməsi; Təhlükəsizlik, funksionallıq, ərazinin səmərəliliyi və estetikasını nəzərə alaraq interyer layihələrinin yaradılması; Sahələrin mexaniki, elektrik və santexnika sistemləri nəzərə alınmaqla ətraflı layihə çertyojlarının (Mərtəbə Planları, Yüksəkliklər, tavan, döşəmə və s.) hazırlanması; Layihənin həcminə və büdcəsinə uyğun olan ən optimal dizayn variantlarının, materialların və avadanlıqların müəyyən edilməsi; Tələb olunan layihələr, spesifikasiyalar və layihə ilə bağlı məlumatların hazırlanması; Mebel, işıqlandırma, son tamamlama materiallarının və s. detallı spesifikasiyalarının hazırlanması və müəllif nəzarəti; Tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək məqsədi ilə layihə qrafiklərinin izlənilməsi; Layihəyə və ya konsepsiyaya əsaslanaraq müvafiq proqram vasitələri ilə visual 3D görünüşlərin hazırlanması. İş şəraiti: İş yeri – Lökbatan qəsəbəsi; 5 günlük iş həftəsi (09:00 – 18:00); Əmək haqqı 2000-2200 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır). Namizədə dair tələblər: Ali təhsilin və ya interyer-dizayn üzrə sertifikatların mövcudluğu; Azərbaycan dili mükəmməl, rus və ingilis dili biliyi arzuolunandır; Memarlıq/dizayn, sahə planlaması və interyer dizaynı sahələrində 3 illik peşəkar təcrübə; Tikinti materialları, inşaat detalları və qaydaları, müvafiq normativlər və keyfiyyət standartları haqqında biliklər; AutoCAD, SketchUp, 3D Max, Illustrator, Revit, Corona, Photoshop, MS Office proqramlarından yüksək istifadə bacarığı; Komandada işləmək bacarığı; İşində məsuliyyətli, operativ və dəqiq olmaq; Sahə üzrə fəaliyyət və müvafiq layihələrdə iştirak portfoliosu əlavə olunmalıdır (portfolio olmayan CV-lərə baxılmayacaq). Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “İnteryer-dizayner” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərilməsi xahiş olunur. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/199055/interyer-dizayner
REKLAM