Prayk

Kateqoriyaların idarə edilməsi üzrə mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb1 ay əvvəl
Şəhər
Bakı
Tarix
Baxışlar
2
Nömrə
№3019384

Təsvir

Tədarük planlamasında və məhsul portfelinin formalaşdırılmasında iştirak etmək, məhsulların anbarda və apteklərdə mövcudluğunu nəzarətdə saxlamaq;Yeni brendlərin və məhsulların lansmanı üzrə təkliflər hazırlamaq, təchizatçılar və tərəfdaşlarla danışıqlarda iştirak etmək;Aptek və distribütor portfeli üçün assortiment matrislərini hazırlamaq, dövriyyəni nəzarətdə saxlamaq və out-of-stock halları minimuma endirmək;Kateqoriya üzrə qiymət siyasətini – həm tədarük, həm pərakəndə səviyyədə – formalaşdırmaq, rəqabət mühiti, hədəf marja və brendin mövqeyini nəzərə almaq;Təchizatçılar və daxili marketinq departamenti ilə birlikdə marketinq fəaliyyətlərini hazırlamaq, promo-təqvimi tərtib etməkdə iştirak etmək;Aptek şəbəkəsində kampaniyaların həyata keçirilməsini təşkil etmək və nəzarət etmək, onların effektivliyini və satışlar ilə kateqoriyanın payına təsirini qiymətləndirmək;Ticarət nöqtələrində brendlərin düzgün təqdimatını, vizual görünüşünü və tanınmasını təmin etmək:Kateqoriyanın sinxron idarə olunması üçün tədarük, marketinq, logistika, əməliyyat idarəetməsi və sahə komandaları ilə əməkdaşlıq etmək;Satışlar, marja, dövriyyə, promo-effektivliyi və distribütor tədarük dinamikası üzrə analitik hesabatlar hazırlamaq;Apteklərdə çalışan əczaçılar və beauty-məsləhətçilərin kateqoriya məhsulları və əsas brendlər üzrə təlimində iştirak etmək. Tələblər: Ali təhsil (marketinq, iqtisadiyyat, menecment, əczaçılıq və ya əlaqəli sahələr üzrə);Beauty kateqoriyasında, FMCG və ya aptek pərakəndə satış sahəsində ən azı 1 il iş təcrübəsi;Kateqoriyaların idarə olunması prinsipləri və məhsul həyat dövrü haqqında biliklər;Assortimentin idarə olunması və tədarük planlamasında təcrübə;Satış və bazar analizi aparmaq bacarığı, əsas göstəriciləri izləmək və hesabatlar hazırlamaq;Promosiya və marketinq aksiyalarında iştirak təcrübəsi;Komanda daxilində əməkdaşlıq və daxili proseslərdə koordinasiya bacarığı;Analitik düşüncə, Excel və digər hesabat alətləri (poweBi,1c) üzrə bacarıq;Proaktivlik, məsuliyyət, nəticəyə yönəlik iş prinsipi;Rus və İngilis dillərində sərbəst danışıq/yazma bacarığı. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Mütəxəssis Şirkət: Avromed Company MMC Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/avromed/avromed-kateqoriyalarin-idare-edilmesi-uzre-mutexessis-44230942/apply
REKLAM