
3
Keyfiyyət üzrə mütəxəssis
Keyfiyyət üzrə mütəxəssis
Razılaşma yolu ilə
Yoxlanılıb3 gün əvvəl
Tarix
Baxışlar3
Nömrə№4607166
Təsvir
Vəzifə öhdəlikləri:
keyfiyyət məsələləri ilə bağlı təchizatçılarla yazışmaların aparılması və xarici auditlərin müşayiət olunması;
metrologiya təminatının həyata keçirilməsi (avadanlıqların illik kalibrlənmə planına uyğun olaraq);
məhsulların geri çağırılması / dövriyyəsinin dayandırılması ilə bağlı işlərin aparılması;
məhsulların geri qaytarılması üzrə sənədlərin hazırlanması, məhsulun dövriyyəyə buraxılması və ya yararsız hesab edilərək çıxdaş edilməsi barədə qərarın qəbul edilməsi üçün təqdim olunması, həmçinin geri qaytarılan məhsullarla bağlı məsul şəxslər tərəfindən qərarların qəbul edilməsinə nəzarət;
kənarlaşmaların uçotu və araşdırılması;
təlimlərin keçirilməsi;
anbar üzrə özünüyoxlamaların hazırlanması və keçirilməsi, hesabatların hazırlanması, CAPA planlarının tərtib edilməsi və onların icrasına nəzarət;
Etibarlı Distribusiya Təcrübəsi (GDP) üzrə məcburi sənədlərin (proqramlar, əmrlər, planlar, hesabatlar və s.) hazırlanması;
məsuliyyət sahəsi çərçivəsində GDP üzrə SƏP-lərın (SOP) hazırlanmasında iştirak və/və ya onların müstəqil şəkildə hazırlanması.
Tələblər:
ali peşə təhsili (ideal olaraq – əczaçılıq, biologiya və ya kimya) və keyfiyyətin idarə edilməsi sahəsində müvafiq vəzifədə ən azı 1 il iş təcrübəsi / İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında “Sənaye əczaçılığı” ixtisası üzrə magistr təhsili (ixtisaslaşma: Dərman vasitələrinin keyfiyyətinin təmin edilməsi);
Etibarlı Distribusiya Təcrübəsi (GDP), ISO 9000 seriyalı standartlar, habelə keyfiyyətin idarəetmə sistemi ilə bağlı digər rəhbər, metodiki və normativ sənədlər haqqında bilik;
Azərbaycan Respublikasının əczaçılıq fəaliyyəti sahəsində qanunvericiliyini, dərman vasitələrinin, sərfiyyat materiallarının və tibbi təyinatlı məmulatların distribusiyası, saxlanması və daşınmasına dair tələbləri bilməsi;
1C informasiya sistemləri üzrə bilik;
Microsoft Office tətbiq proqramlarını (Word, Excel, PowerPoint) bilmək;
rus və Azərbaycan dillərini mükəmməl bilmək;
ingilis dili biliyi Pre-Intermediate səviyyəsindən aşağı olmamalıdır.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 14.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Avromed Company MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM











