Prayk

Keyfiyyətə Nəzarət üzrə mütəxəssis

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar
9
Nömrə
№5204535

Təsvir

Əsas vəzifə öhdəlikləri: Məhsul və proseslərlə bağlı istehlakçı və daxili şikayətlərin araşdırılması; Aşkarlanmış uyğunsuzluqlar üzrə səbəb–nəticə təhlilinin aparılması; Şikayət və problemlərin ISO 9001 və ISO 22000 (HACCP) standartlarının tələbləri çərçivəsində qiymətləndirilməsi; Araşdırma nəticələrinə əsasən texniki rəy və qısa hesabatların hazırlanması; Araşdırma prosesində təchizatçılar, istehsalçılar və daxili bölmələrlə koordinasiyanın təmin edilməsi; Təkrarlanan problemlər üzrə profilaktik və qabaqlayıcı tədbirlərin təklif edilməsi; Araşdırma materiallarının (fotoşəkillər, qeydlər, sübutlar) sistemli şəkildə sənədləşdirilməsi; Planlı aylıq yoxlamaların həyata keçirilməsi. Tələb olunan bilik və bacarıqlar: ISO 9001 və ISO 22000 / HACCP standartları üzrə baza biliklər; Problemli və şikayət xarakterli hallarla işləmək, analitik düşünmə bacarığı; MS Office proqramlarında (xüsusilə Excel və Word) işləmə bacarığı; Yazılı hesabatların hazırlanması və nəticələrin aydın, strukturlaşdırılmış şəkildə təqdim edilməsi bacarığı; Məsuliyyətlilik, diqqətlilik və komanda ilə effektiv işləmə qabiliyyəti. Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri: Ali təhsil(Qida mühəndisliyi, qida təhlükəsizliyi və ya əlaqəli sahə); Keyfiyyətə nəzarət və ya araşdırma sahəsində minimum 2 il iş təcrübəsi; AQTA-da işləməsi üstünlükdür. İş şərtlərimiz: İş qrafiki: Tam iş günü (5 gün); İş saatları: 09:00-18:00; İş yeri: Ərazi. Biz nə təklif edirik: Əmək bazarında rəqabətli əməkhaqqı; Peşəkar komanda mühiti; Şirkət hesabına korporativ nömrə; Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə  “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır. Son müraciət tarixi: 27.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Tam Store jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp