Prayk

Kiçik icma mütəxəssisi

500 ₼
Yoxlanılıb1 həftə əvvəl
Kateqoriya
HR, kadrlar
Tarix
Baxışlar
11
Nömrə
№4647345

Təsvir

Təsvir 2019-cu ildən fəaliyyətə başlayan Lotfi Zadeh Texnologiya Mərkəzi Xəzər dənizi regionunda texnoloji bilik, infrastruktur və investisiyanı bir araya gətirən innovativ layihədir. Azərbaycanın ən böyük kovörkinq mərkəzi olan LTC hazırda Caspian Business Center (LTC Z) və Caspian Plaza (LTC Y) filiallarında xidmət göstərir. Coworking mərkəzimizdə gənc və motivasiyalı şəxslər üçün "Kiçik icma mütəxəssisi" vakansiyasını elan edirik. Vəzifə öhdəlikləri: Yeni üzvlərin qarşılanması, mərkəzin imkanlarının və qaydalarının izahı; Potensial üzvlərə tur xidməti göstərmək və məlumatlandırmaq; Mövcud üzvlərin ehtiyaclarını dinləmək və uyğun yönləndirmələr etmək; İcma daxilində əməkdaşlıq və ünsiyyətin təşviqi üçün tədbirlərin təşkilinə dəstək vermək; İcma üzvləri arasında yaranan gündəlik anlaşılmazlıqların həllinə yardımçı olmaq; Üzvlərdən geribildirim toplamaq və rəhbərliyə təqdim etmək; Məkanın səliqəli, rahat və istifadəyə uyğun saxlanmasına nəzarət etməkdə dəstək göstərmək; Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqların yerinə yetirilməsi. Tələblər Ali təhsil (bakalavr dərəcəsi); Satış və ya müştəri xidməti sahəsində təcrübə arzuolunandır; Güclü ünsiyyət bacarıqları; İctimaiyyətlə ünsiyyətdə ekstravert xarakter; Sahibkarlıq və icma mühitinə maraq və həvəs; Müstəqil işləmək bacarığı; Xanım namizədlərə üstünlük veriləcək; İngilis dilində sərbəst danışıq və yazı bacarığı; Rus dili bilikləri üstünlükdür; Yüksək etik dəyərlər, empatiya və etibarlılıq. Əlavə məlumat 5 günlük iş qrafiki: 10:00 – 19:00 Əmək haqqı: 500 AZN (Net) Vakansiya növü - Tam ştat Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər. Maaş: 500 AZN Son müraciət tarixi: 15.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© AGA Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp