
14
Kimyaçı Mühəndis
Kimyaçı Mühəndis
Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar14
Nömrə№5199534
Təsvir
"Veysəloğlu" MMC Mərkəzi Sınaq Laboratoriyası Şöbəsinə, "Kimyaçı Mühəndis" vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
Laboratoriyada yerləşən avadanlıqların iş təlimatlarına uyğun olaraq analizlər aparmalıdır;
AZS, QOST, İSO, Avropa və digər başqa beynəlxalq standartlara uyğun analizlər aparmalıdır;
Cihazların vaxtaşırı (iş təlimatlarına uyğun) yoxlamasını etməlidir;
Cihaz və avadanlıqların texniki qulluğunu yerinə yetirməlidir;
Periodik olaraq (ay, rüb, il ərzində) fiziki-kimyəvi laboratoriyanın hesabatını hazırlamalı, rəhbərliyə təqdim etməlidir;
Etdiyi analizlərin nəticələrinin qeydlərini aparmaq, analiz nəticələrini üst rəhbərliyinə vaxtında çatdırmalıdır;
Laboratoriyada istifadə edilən məhlulları, qarışıqları hazırlamalıdır;
İş yerini, istifadə etdiyi avadanlığı, cihazları, qabları təmiz və işə hazır vəziyyətdə saxlamalıdır;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etməlidir;
Analiz metodları üzərində işləməklə daha müasir, sərfəli və tez cavab verən metodların istifadəsini təklif etməlidir;
Laboratoriyada validasiya-verifikasiya analizlərinin aparılmasında iştirak etmək.
Fiziki-kimyəvi laboratoriyanın ləvazimat və reaktiv sərfiyyatını nəzarətdə saxlamalı, vaxtında sifariş edilməsini təmin etməlidir;
Fiziki-kimyəvi laboratoriyalar arasında qarşılıqlı-müqayisəli analizlərin aparılmasında iştirak etməlidir.
Tələblər:
Kimya, biologiya və ya qida mühəndisliyi sahəsində ali təhsilə malik olmalıdır;
Ən azı 2 il təcrübə arzuolunandır;
Azərbaycan dili (əla), İngilis və Rus dili arzuolunandır;
MS Office, Outlook, Teams proqramlarından istifadə edə bilməlidir;
İxtisası haqqında ümumi müddəaları bilməlidir;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarını bilməlidir;
İSO 17025 standartının tələblərinə uyğun qeydiyyatların aparılması, hesabatların hazırlanması; statistik hesabatların tutulması qaydalarını bilməlidir;
Şirkətin korporativ prosedur, təlimat, qayda və əsasnamələrini bilməlidir;
Analitik düşünməyi, dəyərləndirməyi, vaxtında doğru qərar almağı bacarmalıdır;
İş təhlükəsizliyi, işçi sağlamlığı, sanitariya ve ekologiyanın mühafizəsi tədbirlərini bilməlidir;
Laboratoriyada işləməyə mane olan xroniki xəstəliyi olmamalıdır;
İş şəraiti
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-dan 17:00-dək
Əməkhaqqı: Müsahibə əsasında təyin edilir
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ödənişi.
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Kimyaçı Mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.
Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Son müraciət tarixi: 27.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Veysəloğlu MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM









