Prayk

Kommersiya və xərclərə nəzarət meneceri

Razılaşma yolu ilə
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
KateqoriyaMaliyyə

№6338836·Baxışlar: 7

Təsvir

Əsas vəzifə və öhdəliklər Tikinti layihələri üzrə kommersiya siyasətinin, büdcə və xərclərə nəzarət sisteminin hazırlanmasını və icrasını təmin etmək; Layihələrin ilkin büdcələrini, smetalarını və faktiki xərclərini təhlil etmək, büdcəyə uyğunluğa nəzarət etmək; Material, avadanlıq, texnika və podratçı xidmətləri üzrə qiymət təhlili və kommersiya müqayisələrini aparmaq; Satınalma proseslərində iştirak etmək, təchizatçı və podratçılardan kommersiya təkliflərini toplamaq və qiymətləndirmək; Podratçı və təchizatçılarla bağlanan müqavilələrin kommersiya şərtlərini, qiymətlərini və ödəniş qrafiklərini təhlil etmək; Tikinti işləri üzrə görülmüş iş həcmlərini, aktları və ödəniş sənədlərini yoxlamaq; Planlaşdırılmış və faktiki xərclər arasındakı fərqləri müəyyənləşdirmək, kənarlaşmaların səbəblərini araşdırmaq və xərclərin optimallaşdırılması üzrə təkliflər vermək; Layihələrin maya dəyərinin hesablanmasına, gəlirlilik və mənfəətlilik göstəricilərinin təhlilinə nəzarət etmək; Əlavə və dəyişiklik işlərinin (Variation Orders) dəyərinin hesablanmasını və kommersiya baxımından qiymətləndirilməsini təşkil etmək; Layihələr üzrə pul vəsaitlərinin hərəkətini, ödəniş öhdəliklərini və maliyyə proqnozlarını izləmək; Material sərfiyyatına, itkilərə və ehtiyatlardan istifadəyə nəzarət mexanizmlərinin tətbiqini təmin etmək; Layihə rəhbərləri, satınalma, maliyyə, texniki nəzarət və digər struktur bölmələrlə koordinasiyalı fəaliyyət göstərmək; Layihələrin büdcəsi, xərcləri, müqavilələri, ödənişləri və mənfəətliliyi üzrə müntəzəm hesabatları rəhbərliyə təqdim etmək. Namizədə tələblər İqtisadiyyat, maliyyə, tikinti mühəndisliyi, biznesin idarə edilməsi və ya müvafiq sahə üzrə ali təhsil; Tikinti sektorunda kommersiya idarəetməsi, Cost Control, Quantity Surveying və ya layihələrin büdcələşdirilməsi sahəsində minimum 5 il iş təcrübəsi; Tikinti smetalarının, layihə büdcələrinin və faktiki xərclərin təhlili üzrə praktiki biliklər; Tikinti materialları, avadanlıqları, podratçı xidmətləri və satınalma bazarı üzrə məlumatlılıq; Müqavilələrin, kommersiya təkliflərinin və ödəniş sənədlərinin təhlili bacarığı; Plan-fakt təhlili, maya dəyərinin hesablanması və xərclərin optimallaşdırılması üzrə biliklər; MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı; ERP və layihə idarəetmə proqramları üzrə təcrübə üstünlükdür; Analitik düşüncə, detallara diqqət, danışıqlar aparmaq və qərarvermə bacarığı; Yüksək məsuliyyət, təşkilatçılıq və nəticəyönümlülük. İş yeri Ünvan: Bakı şəhəri, Sabah City. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208539/kommersiya-v%C9%99-x%C9%99rcl%C9%99r%C9%99-n%C9%99zar%C9%99t-meneceri
REKLAM