Prayk

Koporativ hüquqşünas

1 800 ₼
YoxlanılıbDünən
Şəhər
Bakı
Tarix
Nömrə
№3304949

Təsvir

Vəzifə öhdəlikləri Təşkilatın fəaliyyəti çərçivəsində bağlanan daxili və xarici müqavilələrin hazırlanması, hüquqi ekspertizası və müqavilə reyestrinin aparılması; Təşkilatın maliyyə əməliyyatları, borcların idarə edilməsi və kolleksiya fəaliyyəti ilə bağlı daxili qayda, prosedur, təlimat və əsasnamələrin hüquqi ekspertizasının həyata keçirilməsi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması; Müştərilər, tərəfdaşlar və digər hüquqi şəxslərlə bağlanan müqavilələrin hüquqi risklərinin qiymətləndirilməsi və risklərin minimallaşdırılması üzrə tövsiyələrin hazırlanması; Təşkilatın tərəf olduğu müqavilələrə hüquqi rəy verilməsi və müəyyən edilmiş qaydada hüquqi viza prosedurunun həyata keçirilməsi; Etibarnamələrin hüquqi əsaslarının yoxlanılması və qanunvericiliyin tələblərinə uyğun tərtib edilməsinin təmin olunması; Kolleksiya prosesində iştirak edən struktur bölmələrə hüquqi dəstəyin göstərilməsi və borclularla aparılan kommunikasiya və danışıqların hüquqi çərçivədə həyata keçirilməsinə dəstək verilməsi; Borclularla bağlı məhkəmə işlərinin başlanılması üçün zəruri sənədlərin toplanması, hüquqi təhlilin aparılması və müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi; Məhkəmə qərar və qətnamələrinin təhlil edilməsi, zərurət yarandıqda apellyasiya və kassasiya şikayətlərinin hazırlanması və məhkəmə proseslərinin izlənilməsi; Təşkilatın fəaliyyətindən irəli gələn hüquqi risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və onların qarşısının alınması üzrə tədbirlərin görülməsi; Dövlət və icra orqanları, notariat kontorları və məhkəmələrdə zərurət yarandıqda təşkilatın qanunvericiliyə uyğun qaydada təmsil olunması; Hüquqi fəaliyyət üzrə aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi; Hüquqi məsələlərlə bağlı rəhbərliyin və struktur bölmələrin sorğularının cavablandırılması və hüquqi məsləhətlərin verilməsi. Namizədə tələblər Hüquq sahəsində ali təhsil; Korporativ hüquq, maliyyə hüququ və ya müvafiq sahədə 3–5 il iş təcrübəsi; Kollektor şirkəti, bank və ya BOKT sektorunda hüquq üzrə iş təcrübəsi üstünlükdür; Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, o cümlədən Mülki Məcəllə, İcra haqqında qanunvericilik və maliyyə sektoru üzrə normativ-hüquqi aktları yüksək səviyyədə bilmək; Müqavilələrin hazırlanması və hüquqi ekspertizası, məhkəmə və icra prosesləri üzrə praktiki biliklər; Güclü analitik düşüncə, hüquqi təhlil və problem həll etmə bacarığı; Yüksək məsuliyyət, dəqiqlik və detallara diqqət; Effektiv ünsiyyət və danışıqlar aparmaq bacarığı; Məxfilik və peşə etikası prinsiplərinə riayət etmək; Azərbaycan dilini mükəmməl bilmək; rus və ingilis dilləri üstünlükdür; MS Office proqramlarında, xüsusilə Word, Excel, PowerPoint və Outlook-da sərbəst işləmək bacarığı. İş barədə məlumat Əmək haqqı: 1800–2000 AZN NETT İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi İş qrafiki: 5 günlük iş həftəsi, I–V günlər, 10:00–19:00 Komfortlu və müasir iş mühiti Peşəkar və mehriban komanda Müasir idarəetmə sistemi və inkişaf imkanları CV-lərinizi “Korporativ Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Qeyd: Vakansiyanın tələblərinə uyğun gələn namizədlərlə növbəti seçim mərhələsi üçün əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/189543/koporativ-huquqsunas

Bənzər elanlar

Vəkil
Razılaşma yolu ilə

Vəkil


08.09.2026