Prayk

Memar

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
ŞəhərBakı
KateqoriyaDizayn

№6314140·Baxışlar: 3

Təsvir

Tələblər Memarlıq ixtisası üzrə ali təhsil; Memar vəzifəsində minimum 3–5 il iş təcrübəsi; Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə; Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər; AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı; Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı; Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur. Əsas vəzifə öhdəlikləri Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi; Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması; Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması; Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi; Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması; Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi; Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması; Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət; Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli; Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi. İş yeri: Ofis Namizədlərdən CV-lərini mövzu hissəsində "Memar" yazmaqla yuxarıda Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq. E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/208305/memar
REKLAM