Prayk
Mexanizasiya üzrə koordinator(Sabirabad) — Digər, Sabirabad
Razılaşma yolu ilə

Mexanizasiya üzrə koordinator(Sabirabad)

YoxlanılıbDünən
Şəhər
Sabirabad
Kateqoriya
Digər
Tarix
Nömrə
№3570904

Təsvir

Filiallar üzrə texnoloji proseslərə hazırlıq məqsədilə ehtiyat hissələrinin siyahılarının hazırlanması, yoxlanması və təsdiqlənməsi;Filialların illik və mövsümi əməliyyat planlarına uyğun olaraq texnika və aqreqatlar üçün ehtiyat hissələri üzrə toplum sifarişlərinin formalaşdırılması və təqdim edilməsi;Toplum və adi sifarişlərin alış prosesinin izlənməsi, tədarük mərhələlərinin vaxtında tamamlanmasına nəzarət;Alış prosesi yekunlaşdıqdan sonra alınan ehtiyat hissələrinin bölgü siyahılarının tərtib edilməsi və filiallara yönləndirilməsi;Filiallarda mövcud olan emal texnikalarının işinin təşkili, texniki xidmət, təmir və servis proseslərinin koordinasiyası;Üçüncü tərəf servis şirkətləri ilə əməkdaşlıq çərçivəsində təmir və texniki xidmət işlərinin düzgün icrasına nəzarət;Filiallarda aparılan təmir proseslərinin operativ izlənməsi, ehtiyat hissələri üzrə daxil olan tələblərin texniki və iqtisadi baxımdan doğruluğunun yoxlanması;Kombayn Təmir Mərkəzlərinin (KTM) fəaliyyətinin təşkilində iştirak etmək, təmir və texniki xidmət proseslərinin sənədləşdirilməsinə nəzarət;Texnikaların mövsümi hazırlıq vəziyyətinə dair aylıq və rüblük hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;Ehtiyat hissələri üzrə anbar qalığı və dövriyyə məlumatlarının təhlili, təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;Təmir və texniki xidmət proseslərində keyfiyyət standartlarının qorunmasına, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələblərinə riayət olunmasına nəzarət. Tələblər: Ali texniki təhsil (mexanizasiya, aqrotexnologiya, mühəndislik və ya əlaqədar sahələr üzrə);Minimum 8 il iş təcrübəsi, o cümlədən kənd təsərrüfatı texnikaları və mexanizasiya sahəsində rəhbər və ya koordinator vəzifəsində təcrübə üstünlükdür;Ehtiyat hissələri, texniki xidmət və təmir prosesləri üzrə praktiki biliklər;Analitik düşüncə və operativ qərarvermə bacarığı, texniki nasazlıqların səbəb-nəticə əlaqəsini təhlil edə bilmək;Planlaşdırma və koordinasiya bacarığı, çoxşaxəli iş axınlarını eyni zamanda idarəetmə qabiliyyəti;Komanda ilə işləmək, müxtəlif filial və bölmələrlə effektiv qarşılıqlı əlaqə qurmaq bacarığı;Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı, texniki hesabatların hazırlanması bacarığı;MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;Ezamiyyətlərə və filiallararası səyahətlərə hazır olmaq. Vakansiya növü: Tam ştat Vəzifə səviyyəsi: Rəhbər Şirkət: Prime Cotton Yer: Sabirabad, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/primecotton/primecotton-mexanizasiya-uzre-koordinatorsabirabad-79235373/apply

Bənzər elanlar

Usta — Saatlı
Razılaşma yolu ilə

Usta


SaatlıBu gün 00:15