
Bakı3
Motion dizayner
Motion dizayner
1 000 ₼
YoxlanılıbDünən
Təsvir
Vəzifə öhdəlikləri:Şirkətin reklam kampaniyaları (TVC) və sosial media platformaları üçün kreativ motion qrafikaların hazırlanması; Reklam çarxları, promo videolar, teaserlər və digər rəqəmsal kontentlərin hissələrinin hazırlanması və montajı; Video materialların montajı, rəng korreksiyası və səs effektləri ilə işlənməsi; Kreativ komanda ilə birlikdə reklam ideyalarının vizual həllərinin hazırlanması; Layihələrin brendin vizual üslubuna və kreativ istiqamətinə uyğun icra edilməsi; Hazırlanan materialların müxtəlif rəqəmsal platformaların texniki tələblərinə uyğun adaptasiyası; Paralel layihələrin idarə olunması və tapşırıqların müəyyən edilmiş vaxt çərçivəsində təhvil verilməsi.Tələblər:Motion dizayn sahəsində minimum 1 il iş təcrübəsi; Adobe After Effects proqramında peşəkar səviyyədə işləmək bacarığı; Adobe Premiere Pro, Adobe Photoshop və Adobe Illustrator proqramlarında sərbəst işləmək bacarığı; Motion qrafika, kompozisiya, tipoqrafika və animasiya prinsipləri haqqında bilik; Video montaj, ritm, keçidlər və vizual hekayəçilik (visual storytelling) bacarığı; Sosial media formatları və rəqəmsal reklam kontentlərinin xüsusiyyətləri haqqında bilik; Kreativ düşüncə və verilən brif əsasında müstəqil vizual həllər hazırlamaq bacarığı; Detallara diqqət, məsuliyyət və komanda ilə işləmək bacarığı; Süni intellekt əsaslı video və vizual kontent alətləri ilə işləmək bacarığı; Tələb olunanlara uyğun portfolio və əvvəlki iş nümunələrinin təqdim edilməsi. Üstünlük hesab olunur:3D motion qrafika və vizual effektlər üzrə təcrübə; Reklam agentliyi sektorunda iş təcrübəsi. Qeyd: Portfolio təqdim edilməsi mütləqdir.İş şəraiti:5 günlük iş qrafiki;İş yeri: Bakı şəhəri, Hüseynbala Əliyev 32/24Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.Vakansiya ilə bağlı müraciət üçün CV və portfolioları e-mail vasitəsilə mövzu yerinə “Motion dizayner” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
REKLAM













