
Bakı8
Mühasib
Mühasib
1 200 ₼
Yoxlanılıb5 gün əvvəl
Təsvir
İş saatları: 09:30 dan-17:30 dək
İş rejimi: 5 gün iş, şənbə və bazar istirahət günü
Uyğun namizədlər CV formalarını mail ünvanına və ya Whatsapp-a göndərə bilərlər.
Tələblər:
Müvafiq sahədə 3–5 il iş təcrübəsi;
Vergi və digər məcburi hesabatların hazırlanması üzrə təcrübə;
Dəqiqlik, məsuliyyətlilik, analitik düşüncə və komanda ilə işləmək bacarığı.
Bank ödənişləri, E-qaimələrin göndərilməsi, müqavilələrin hazırlanması və sair gündəlik əməliyyatların kiçik mühasib tərəfindən düzgün icrasına nəzarət edilməsi;
Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması;
Vəzifə öhdəlikləri:
Müəssisənin mühasibat və vergi uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
Vergi, DSMF və digər zəruri hesabatları hazırlamaq və vaxtında təqdim etmək;
Dövri maliyyə hesabatlarını hazırlamaq və aysonu/ilsonu bağlanışlarında iştirak etmək;
Bank, kassa, debitor və kreditor əməliyyatlarının uçotunu aparmaq;
Mühasibat sənədlərinin düzgün saxlanılmasını təmin etmək və dövlət qurumlarından daxil olan sorğuların cavablandırılmasında iştirak etmək.
ƏDV, SV, Mənfəət, DSMF, və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi;
Maaş: 1200 AZN
Yaş: 25-50
Təhsil: Ali
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
Elanın mənbəyi
Orijinal elanı aç© Aromart boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM









