
Bakı2
Mühasib köməkçisi
Mühasib köməkçisi
650 ₼
YoxlanılıbBu gün
Təsvir
Əməkhaqqı: 650 AZN (NET);
İş qrafiki: Bazar ertəsi – Cümə: 09:00 – 17:00 | Şənbə: 10:00 – 15:00 (Bazar günü istirahət);
Nahar: Şirkət tərəfindən təmin olunur (Nahar fasiləsi: 13:00 – 14:00);
Ünvan: Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 11/31 (Babək Plazanın yaxınlığı).
Uyğun namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Öhdəliklər
İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin düzgün rəsmiləşdirilməsi;
Mühasibat sənədlərinin müvafiq qaydada uçotunun aparılması və arxivləşdirilməsi;
Hesab-fakturaların, elektron qaimələrin, təhvil-təslim və üzləşmə aktlarının hazırlanmasında iştirak;
Onlayn kargüzarlıq üzərindən daxil olan məktubların vaxtında aidiyyəti şəxslərə yönləndirilməsi;
Debitor və kreditorlarla elektron poçt vasitəsilə işgüzar yazışmaların aparılması;
Şirkətin gündəlik mühasibat əməliyyatlarının 1C proqramında əks etdirilməsi;
Mal-materialların giriş-çıxış əməliyyatlarının yoxlanılması və müvafiq sənədlər əsasında 1C proqramına işlənməsi;
Hazır məhsulların anbarlararası yerdəyişməsinin sistemdə qeydiyyatı;
İstehsalat prosesi üzrə əməliyyatların 1C proqramında uçota alınması;
Bank çıxarışlarının sistemə daxil edilməsi və ödəniş sənədlərinin hazırlanmasına dəstək;
Anbar qalıqlarına 1C proqramı üzərindən nəzarət edilməsi və sistem məlumatlarının faktiki göstəricilərlə üzləşdirilməsi.
Tələblər
Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi (1 ildən 3 ilədək);
Vergi qanunvericiliyi və mühasibat uçotu üzrə biliklər;
1C və MS Office proqramlarında işləmək bacarığı;
Məsuliyyətli, diqqətli və operativ olmaq.
Elanın mənbəyi
Orijinal elanı aç© Steelstone busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM












