Akkumulyatorlu odundoğrayan qayçı bağçılıq işlərində ağac budaqlarının kəsilməsi və budanması üçün nəzərdə tutulub. Fırçasız mühərrik alətin daha səmərəli çalışmasını və uzunömürlü olmasını təmin edir. Akkumulyatorla işləmə sistemi kabelsiz istifadə imkanı yaradaraq açıq havada rahat hərəkət etməyə şərait yaradır.
Dəst ümumilikdə 6 hissədən ibarətdir və plastmas çantad yerləşdirilmişdir:
Odundoğrayan qayçı — budaqların və odunların rahat kəsilməsi üçün istifadə olunur.
Akkumulyator (2 ədəd) — alətin fasiləsiz işləməsini təmin edir.
Şarj cihazı — akkumulyatorları doldurmaq üçün istifadə olunur.
Açarlar və yağ qabı olan paket — alətə texniki xidmət göstərmək üçün istifadə olunur.
Plastmas çamadan — bütün avadanlıqları bir yerdə saxlamaq və daşımaq üçün nəzərdə tutulub.