
Bakı8
Planlama şöbə müdiri

Razılaşma yolu ilə
Planlama şöbə müdiri
YoxlanılıbDünən
Təsvir
Şirkətin satış proqnozlarına və mövcud sifarişlərinə əsasən aylıq, həftəlik və gündəlik istehsal planlarının hazırlanmasını və icrasına nəzarəti təmin etmək; İstehsal güclərini, xammal ehtiyatlarını, anbar stoklarını və satış tələbatını nəzərə alaraq optimal istehsal həcmlərini müəyyən etmək;İstehsal planlarına uyğun xammal və qablaşdırma materiallarına olan tələbatı hesablamaq, satınalma şöbəsinə vaxtında təqdim etmək;Hazır məhsul və xammal üzrə minimum, maksimum və təhlükəsizlik stok səviyyələrinin müəyyən edilməsini və izlənilməsini təmin etmək; Artıq istehsalın, stok yığılmasının, məhsul çatışmazlığının və istehsal dayanmasının qarşısını almaq məqsədilə planlama proseslərini optimallaşdırmaq;Satış proqnozları ilə faktiki satış göstəricilərini müqayisə etmək, kənarlaşmaları təhlil etmək və zəruri düzəlişlər aparmaq;İstehsal planlarının faktiki icra göstəricilərini gündəlik izləmək, gecikmələrin səbəblərini müəyyən etmək və qabaqlayıcı tədbirlər görmək; Anbarların mövcud tutumunu və məhsulların dövriyyə sürətini nəzərə alaraq stokların zavodlar və anbarlar üzrə optimal bölüşdürülməsini planlaşdırmaq.
Tələblər:
Təhsil: Ali;İş təcrübəsi: 3-5 il;Sertifikatlar: Müvafiq sahə üzrə sertifikatların olması mütləqdir;Dil bilikləri: Azərbaycan, Rus və İngilis dilləri;Kompüter bilikləri: MS Ofis proqramları;
Şəxsi keyfiyyətlər:Güclü analitik və strateji düşünmə qabiliyyəti;Planlaşdırma, təşkilatçılıq və prioritetləri düzgün müəyyən etmə bacarığı;Yüksək məsuliyyət hissi və nəticəyönümlü yanaşma;Operativ qərarvermə və problemləri həll etmə bacarığı.
İş şəraiti:İş qrafiki: 5 gün, saat 09:00-18:00;İstirahət: Şənbə və Bazar günləri;Əməkhaqqı: Razılaşma yolu ilə;İş yeri: Luxen Plaza.
Vakansiya növü: Tam ştat
Şirkət: Mətanət A Şirkətlər Qrupu
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/matanata/matanata-planlama-sobe-mudiri-70746517/apply
REKLAM




