
9
Xadimə

500 ₼
Xadimə
YoxlanılıbDünən
Tarix
Baxışlar9
Nömrə№4865715
Təsvir
Ofisə xadimə tələb olunur (səhər saatlarında)
Ofisimizin təmizliyini təmin etmək və əməkdaşlar üçün səhər çayı hazırlamaq məqsədilə məsuliyyətli, səliqəli və diqqətli xadimə axtarırıq.
Əsas vəzifələr:
Səhər saatlarında ofisin gündəlik təmizliyini həyata keçirmək;
Mətbəxin, sanitar qovşaqların və ümumi istifadə sahələrinin təmizliyini təmin etmək;
Mebel, qapı və şüşə arakəsmələrin səthlərini təmizləmək;
Zibilləri atmaq və zibil torbalarını dəyişmək;
Sabun, kağız dəsmal və digər gigiyena vasitələrinin vaxtında təmin edilməsinə nəzarət etmək;
Əməkdaşlar üçün səhər çayı hazırlamaq və mətbəxi səliqəyə salmaq;
Təmizlik vasitələrindən düzgün və təhlükəsiz istifadə etmək, çatışmazlıqlar barədə məlumat vermək.
Namizədə qoyulan tələblər:
Xadimə və ya təmizlik sahəsində minimum 1 il iş təcrübəsi;
Səliqəlilik, məsuliyyət və punktuallıq;
Ofis təmizliyi və gigiyena qaydaları barədə məlumatlı olmaq;
Təmizlik vasitələrindən düzgün istifadə bacarığı;
Diqqətli, nəzakətli olmaq və məxfiliyə riayət etmək;
Rus dili biliyi arzuolunandır.
İş şəraiti:
İş yeri: Bakı şəhəri, Ağ Şəhər;
İş qrafiki: səhər saatlarında qismən məşğulluq. Təmizlik və çay hazırlığı tamamlandıqdan sonra iş günü başa çatır;
İş saatları müsahibə zamanı dəqiqləşdiriləcək;
Əməkhaqqı: 500 AZN.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Maaş: 500 AZN
Son müraciət tarixi: 19.11.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-xadime-154229
REKLAM






