Prayk

Qaynaqçı-montaşçı

900 ₼
YoxlanılıbDünən
ŞəhərBakı

№6348394·Baxışlar: 4

Təsvir

Əməkhaqqı: Namizədin təcrübə və peşəkarlıq səviyyəsinə əsasən razılaşma yolu ilə; Uzunmüddətli və stabil iş imkanı; Peşəkar istehsalat komandasında çalışma imkanı. Adres Binəqədi Novxanı yolu İş saatları 08:30-17:30 --- 6 gün Öhdəliklər Buxar və isti su qazanlarının istehsalında qaynaq işlərinin aparılması; Qazan gövdələrinin, boru lövhələrinin və təzyiq altında işləyən hissələrin qaynağı; Qazanxanalarda texnoloji boru xətlərinin qaynağı və montajı; Qaynaq birləşmələrinin keyfiyyətinə nəzarət və aşkar edilən qüsurların aradan qaldırılması; İstehsalat və montaj işlərinin texniki sənədlərə uyğun icrası. Tələblər Sənaye tipli buxar və isti su qazanlarının istehsalında qaynaq işləri üzrə təcrübə; Yüksək təzyiq altında işləyən avadanlıqların və təzyiqli qabların qaynağı üzrə bilik və praktiki bacarıq; Qazan gövdəsi, odluq kamerası, boru lövhələri və digər metal konstruksiyaların qaynağını yerinə yetirmək bacarığı; Boru-boru və boru-lövhə birləşmələrinin qaynağında təcrübə; Elektrik qövs qaynağı (MMA/SMAW), xüsusilə əsas örtüklü (E7018) elektrodlarla işləmə bacarığı; Qaynaq tikişlərinin hazırlanması, qaynaq ağzının açılması və çoxqatlı qaynaq texnologiyasını bilmək; Texniki çertyojları və qaynaq işarələrini oxumaq bacarığı; Qazanxanalarda boru xətlərinin, armatur və digər avadanlıqların montajında təcrübə; Qaynaq işlərində keyfiyyət və təhlükəsizlik tələblərinə ciddi riayət etmək; Məsuliyyətli, dəqiq və komanda ilə işləmək bacarığı.

Elanın mənbəyi

Orijinal elanı aç

© BBT busy.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM