Prayk
Risklər üzrə Baş Mütəxəssis — Hüquq
Razılaşma yolu ilə

Risklər üzrə Baş Mütəxəssis

YoxlanılıbBu gün
Tarix
Baxışlar
1
Nömrə
№3371039

Təsvir

Əmək funksiyaları: Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi Risk xəritələrinin hazırlanması və risklərin prioritetləşdirilməsi Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi Əməliyyat risklərinin təhlili və hesabatlılığın aparılması Təşkilatın müxtəlif ssenarilər üzrə risklərə dayanıqlığını ölçmək üçün risk modellərinin hazırlanması və stress-testlərin keçirilməsi Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili Yeni məhsul və xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması Üçüncü tərəf təchizatçıların risk qiymətləndirilməsi və yoxlamalarının koordinasiyası Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək Şöbənin fəaliyyəti ilə bağlı digər vəzifələrin icrası Fırıldaqçılıqla mübarizə üzrə əmək funksiyası: Fırıldaqçılıq növlərini və müxtəlif üsulları başa düşmək üçün təlimatlara istinad etməlidir. Şübhəli fəaliyyətləri tanımaq üçün təhlil və izləmə üsullarını tətbiq etməlidir. Əvvəlcədən önləyici tədbirlər üçün təhlil nəticələrini və statistik məlumatları yoxlamalıdır. Müdafiə/təhlükəsizlik və təhlil alətləri ilə işləmək üçün müvafiq təlimatlarla tanış olmalıdır. Şirkətin və ya təşkilatın informasiya sistemlərini təhlil etmək və potensial təhlükələrin qarşısın almalıdır. Fırıldaqçılıq növlərinə və formalarına qarşı təhlükəsizlik tədbirlərinin planını hazırlamaq. Hər hansı şübhəli əməliyyat və ya informasiya növünə rast gəldiyində birbaşa rəhbərinə məlumat verməlidir. Bilməlidir: Risklərin idarə olunması prinsip və metodları; Risk modelləri və stress-testlərin aparılması texnikaları; Maliyyə və bank əməliyyatlarının riskləri; Risk indikatorlarının yaradılması və idarə olunması; Risklərin qiymətləndirilmə metodları; Statistik və analitik təhlil metodları; Müvafiq qanunvericilik aktları və normativ tələblər. Vəzifə Tələbləri: İqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində bakalavr təhsil dərəcəsi; Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi; MS Excel bilikləri Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti; Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 28.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© YIĞIM Payment Services jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Vəkil
Razılaşma yolu ilə

Vəkil


08.09.2026