
Bakı3
Sahə rəisi
Sahə rəisi
Razılaşma yolu ilə
Yoxlanılıb2 gün əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar3
Nömrə№4904040
Təsvir
AMASS Group komandamıza tikinti sahəsində iş prosesinin təşkili və idarə olunmasını təmin edəcək, məsuliyyətli və təcrübəli Sahə rəisi axtarırıq.
Əsas vəzifə öhdəlikləri
Tikinti sahəsində gündəlik iş prosesini təşkil etmək və işlərin gedişinə nəzarət etmək;
İşçi heyətinin fəaliyyətini koordinasiya etmək və tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək;
Tikinti işlərinin təsdiq edilmiş layihə, texniki sənədlər və iş qrafikinə uyğun aparılmasına nəzarət etmək;
Material və avadanlıqlardan səmərəli istifadəni təmin etmək;
Görülən işlərin keyfiyyətinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək;
İş prosesində yaranan problemləri operativ şəkildə müəyyən etmək və həlli istiqamətində tədbirlər görmək;
Gündəlik görülən işlər barədə rəhbərliyə məlumat vermək və hesabatlar hazırlamaq;
Digər aidiyyəti şöbələrlə koordinasiyalı şəkildə işləmək.
Namizədə tələblər
Tikinti sahəsində minimum 3 il təcrübə;
Tikinti prosesləri və işlərin təşkili barədə praktiki biliklər;
İşçi heyətini idarə etmək və koordinasiya etmək bacarığı;
Layihə və texniki sənədləri oxumaq və anlamaq bacarığı;
Məsuliyyətlilik, operativlik və təşkilatçılıq qabiliyyəti;
Problemləri həll etmək və qərarvermə bacarığı;
Komanda ilə işləmək və rəhbərliklə effektiv ünsiyyət qurmaq bacarığı.
Müraciət etmək istəyən şəxslər [email protected] email adresinə CV göndərə bilərsiniz.
Müraciət: https://busy.az/vacancy/199910/sahe-reisi
REKLAM













