
3
Satıcı-məsləhətçi
Satıcı-məsləhətçi
Razılaşma yolu ilə
YoxlanılıbDünən
Tarix
Baxışlar3
Nömrə№4996236
Təsvir
Adore mağazalar şəbəkəsi komandasına satıcı-məsləhətçiləri dəvət edir!
Ətirlər və kosmetika dünyasını sevirsinizsə, insanlarla ünsiyyətdən zövq alırsınızsa və əməyinizin nəticəsini qazancınızda görmək istəyirsinizsə, sizi komandamızda görməkdən məmnun olarıq.
Təkliflərimiz:
5 günlük iş qrafiki: həftədə 2 istirahət günü (növbəli: 10:00-19:00 / 13:00-22:00);
Güclü bonus sistemi: sabit maaş + fərdi satışdan faiz. Bonusun yuxarı həddi yoxdur: qazancınız yalnız sizin nəticənizdən asılıdır;
Əməkdaşlar üçün məhsullara endirim;
Rəsmi əmək müqaviləsi və sosial sığorta;
Məhsul biliyi və satış texnikası üzrə müntəzəm təlimlər, brend treninqləri;
Karyera yüksəlişi imkanı.
Vəzifə öhdəlikləri:
Müştərilərlə əlaqə qurmaq, onların ehtiyaclarını müəyyən etmək və uyğun ətir və kosmetik məhsulların seçilməsində kömək göstərmək;
Məhsulların tərkibi, xüsusiyyətləri və istifadə qaydası barədə peşəkar məsləhət vermək;
Yüksək xidmət standartlarını təmin etmək;
Rəflərdə məhsulların mövcudluğuna və düzülüşünə nəzarət etmək, sifarişlərin hazırlanmasında mağaza rəhbərinə kömək etmək;
Aksiya və kampaniyaların keçirilməsində, satışı stimullaşdıran tədbirlərdə fəal iştirak etmək.
Namizədə tələblər:
Satış sahəsində ən azı 1 il iş təcrübəsi (kosmetika və parfümeriya satışında təcrübə üstünlükdür);
Azərbaycan dilini əla, rus dilini danışıq səviyyəsində bilmək; ingilis dili bilikləri üstünlükdür;
Kosmetika, parfümeriya və dəriyə qulluq trendlərinə maraq;
Makiyaj bacarıqları (vizajist sertifikatı üstünlükdür);
Ünsiyyətcillik, aktivlik, məsuliyyət və dəqiqlik;
Komandada işləmə bacarığı;
Aydın nitq, səliqəli görünüş və korporativ standartlara riayət.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində Satıcı-məsləhətçi qeyd edin.
Son müraciət tarixi: 22.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Adore jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM






