Prayk
Satılır 3 otaqlı yeni tikili 107 m² — Mənzil, Bakı
342 400 ₼

Satılır 3 otaqlı yeni tikili 107 m²

Bazar qiymətindən ucuzBazar təklif qiymətindən ~28% aşağı
Sürətli satış
461 250 ₼
Bazar
474 000 ₼
Yuxarı zolaq
539 118.75 ₼
85Deal ScoreƏla təklifQiymət oxşar elanların median qiymətindən 27.8% aşağıdır.Ətraflı analiz
SatılırAnaliz edilibYeni tikiliBu gün
Şəhər
Bakı
Rayon
Yasamal
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
3
Sahə
107 m²
Mərtəbə
14
Yeni tikili
Bəli
Mərtəbə sayı
16
Təmir
Təmirsiz
Tarix
Nömrə
№3502178

Təsvir

Yasamal rayonu, Elmlər Akademiyası metrosundan bir neçə addımlıqda, şəhərin ən sakit və eyni zamanda ən mərkəzi küçələrindən birində yerləşən Park Tower yaşayış kompleksi artıq tam formalaşıb. Kompleksdə həyat başlayıb, qonşularınız artıq köçüb, blokun işıqları axşamlar bir-bir yanır. Bu, sadəcə tikili deyil, artıq yaşayan, nəfəs alan bir binadır. Elə bu binanın 16 mərtəbəli binasının 14-cü mərtəbəsində, 107 kvadratmetrlik geniş və işıqlı bir mənzil yeni sahibini gözləyir. Pəncərədən baxanda qarşınızda sıx binalar yox, açıq səma və uzaqda möhtəşəm dəniz mənzərəsi sizi qarşılayacaq. Səhər oyanıb pərdələri açanda günəş işığı birbaşa evinizə dolacaq. Mənzil 3 otaqlıdır və podmayak vəziyyətindədir. Bu isə o deməkdir ki, heç kimin köhnə təmirini sökməyəcəksiniz. Divar rəngindən mətbəx mebelinə qədər hər şeyi öz zövqünüzə, öz arzunuza görə quracaqsınız. 107 kvadrat sizin fantaziyanız üçün kifayət qədər genişdir. Yerləşdiyi yer isə ayrıca bir üstünlükdür. Aşağı düşəndə Statistika Komitəsi, Olimp Kompleksi, İncəsənət və Uşaq Nevrologiya poliklinikası bir addımlığınızdadır. Uşaqlarınız üçün nüfuzlu məktəblər, universitetlər, tibb ocaqları piyada məsafəsindədir. Həm şəhərin mərkəzindəsiniz, həm də səs-küydən uzaq. Bu mənzil təkcə yaşamaq üçün deyil, həm də gələcəyə qoyulan ağıllı bir yatırımdır. Çünki belə mərkəzdə, belə dəniz mənzərəli, belə hazır kompleksdə evlər hər zaman dəyər qazanır. Sənədləşmə müqavilə ilədir. Bir kvadratmetrin qiyməti 3200 AZN, ümumi qiyməti isə 342.400 AZN təşkil edir. Belə mənzərə, belə ünvan bir daha çətin tapılar. Gəlin, baxın və öz eviniz olduğuna qərar verin. Ətraflı məlumat və baxış üçün Dostlar Daşınmaz Əmlak Agentliyi ilə əlaqə saxlayın.

Elanın mənbəyi

Orijinal elanı aç

© Dostlar bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax