Prayk
Satılır 3 otaqlı yeni tikili 135 m² — Mənzil, Bakı
297 000 ₼

Satılır 3 otaqlı yeni tikili 135 m²

Oxşar elanların çoxundan bahadır
Oxşar 25 elanın orta qiyməti 260 000 ₼ — bu elan təxminən 36 000 ₼ (14%) bahadır.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 235 000 ₼ – 275 000 ₼
Satıcıya 260 000 ₼ təklif edə bilərsiniz — oxşar elanların orta qiyməti təxminən budur.
60Elan balıNormal təklifQiymət, elanın tarixçəsi və satıcı məlumatına görə 100 baldan 60.Balın izahına bax
SatılırKopyaYeni tikiliDünən
Şəhər
Bakı
Rayon
Yasamal
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
3
Sahə
135 m²
Mərtəbə
8
Yeni tikili
Bəli
Çıxarış (kupça) var
Bəli
Mərtəbə sayı
11
İpotekaya yararlı
Bəli
Tarix
Baxışlar
11
Nömrə
№4091925

Təsvir

YENİ YASAMALDA PREMIUM TƏMİRLİ, TAM ƏŞYALI MƏNZİL – ŞƏXSİ EVİMDİR! Tıxacsız giriş, ömürlük açıq mənzərə və yüksək keyfiyyət axtaranlar üçün ideal təklif! Bakının Yeni Yasamal parkı yaxınlığında, tam infrastrukturlu zonada şəxsi mənzilimi satıram. Makler deyiləm. Mənzil radnoy (qanuni) 3 otaqdır və 135 kv.m-dir. Sənəd Çıxarışdır (Kupça), ipotekaya yararlıdır. Qaz, işıq, su daimidir. Mənzil yelçəkəndir (skvaznoy). Geniş eyvandan Xocasən gölünə və Yasamal dağlarına möhtəşəm panorama açılır. Binanın qarşısında və arxasında tikili yoxdur, pəncərələrə günəş işığı daimi düşür. "Pəncərədən-pəncərəyə" məsafə problemi yoxdur və evin içi digər binalardan görünmür. Gələcəkdə mənzərənin bağlanma riski sıfırdır, çünki binanın önündə dövlət əhəmiyyətli böyük su anbarı (strateji obyekt) yerləşir və bu zonada hər hansı bir tikinti qeyri-mümkündür. Yaxınlıqda məktəb, marketlər, aptek və iaşə obyektləri fəaliyyət göstərir. Ev super avro modern üslubda təmir olunub. Pəncərələr orijinal "Pimapen"lə əvəz edilib. Otaqlarda 10-luq Türk "Camsan" laminatıdır. Koridor, hamam və tualet Türkiyə istehsalı kermoqranit və "Metak" isti pol sistemi ilə təchiz olunub. Daxili qapılar Rusiya istehsalı şam ağacındandır. Çöl qapısı şəxsi kameralı, 12-lik Rusiya "Bunker" dəmir seyf qapıdır. Binada MTK-ya məxsus kameralar və mühafizə var. İstilik sistemi 2 il firma qarantiyalı 32-lik İtaliya istehsalı "Immergas" kombidir. Pərdələr "Briliant" firmasına aiddir, divar kağızları Rusiya istehsalı bahalı və yuyulandır, mənzildə xüsusi seçilmiş bahalı lüstürlər var. Ev bütün bahalı və yeni əşyalarla birlikdə təhvil verilir. Mebellər "Embawood" yataq otağı dəsti və geniş künc divanından ibarətdir. Uşaq otağında yazı masası, geniş şkaf, kitab rəfi və divara bərkidilmiş, 120 kq çəkiyə tab gətirən Rusiya istehsalı (original zavod istehsalı) idman aləti (turnik, brus) və mat var. Mətbəx mebeli Türkiyənin premium AGT profilindən, Almaniyanın "Blum" mexanizmləri ilə yığılıb. Mətbəxdə orijinal pianino modelli su moykası və "Eco Filter" su filteri var. Məişət texnikası tam premiumdur: LG Inverter soyuducu, LG Quad Wash qabyuyan, AEG elektrik sobası, Bosch Flameselect qaz sobası, Samsung Ceramic Inside mikrodalğalı soba, LG 6 motionDD paltaryuyan, LG 4K Televizor, Samsung 3D Ev Kinoteatrı və səs kalonkaları mövcuddur. İnternet, kabel TV, Wi-Fi, hərəkəti qeydə alan kameralı zəng və kodlu domofon sistemi var. Hamamda pianino modelli duş sistemi quraşdırılıb. Kənar Dairəvi yoldan birbaşa binanın həyətinə giriş var, şəhər tıxacına girmədən evə çatmaq olur. Həyət şlanqbaumladır, genişdir və istənilən saatda maşın saxlamağa yer tapılır. Həyətdə qadınlar, uşaqlar və kişilər üçün ayrıca besetkalar salınıb. Mənzili alan şəxsə həyətdə yerləşən, mənə məxsus 7x4 metr ölçüdə üstü örtülü daş qarajı da mənzillə birgə verirəm. Qarajın sənədi MTK-nın maliyyə arayışıdır. Evin qiymətinə bu qaraj da daxildir. Real alıcılar əlaqə saxlasın. Qiymətdə mənzilə və qaraja baxdıqdan sonra ağlabatan razılaşma mümkündür.

Elanın mənbəyi

Orijinal elanı aç

© Uğur bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar

Hamısına bax