Prayk
Satılır 3 otaqlı yeni tikili 140 m² — Mənzil, Bakı
330 000 ₼

Satılır 3 otaqlı yeni tikili 140 m²

Eyni bina/kompleksdə (150 m) 7 oxşar elan da bu səviyyədədir (median 350 000 ₼). Ətraf üzrə müqayisə kompleks fərqini nəzərə almır — ona görə «ucuz/baha» hökmü vermirik.
Sürətli satış
359 000 ₼
Bazar
392 000 ₼
Yuxarı zolaq
445 000 ₼
SatılırAnaliz edilibYeni tikiliBu gün
Şəhər
Bakı
Kateqoriya
Mənzil
Əməliyyat növü
Satış
Əmlakın növü
Mənzil (yeni tikili)
Otaq sayı
3
Sahə
140 m²
Mərtəbə
17
Yeni tikili
Bəli
Mərtəbə sayı
17
Tarix
Nömrə
№3587691

Təsvir

Akademik Həsən Əliyev küçəsi 33, Asan Xidmət N1 və Asan Kommunal N1 ilə üzbəüz, 17-mərtəbəli yenitikili binanın 17-ci mərtəbəsi. Binanın ətrafında Tibb Universiteti, Niaqara şadlıq sarayı, Olimpik Star və iri marketlər (Bravo, Araz, Bazarstore, Tamstore, Oba) yerləşir. Mənzildə 2 balkon var. Balkonlardan biri kifayət qədər iri və genişdir, şəhərə gözəl panoramasi və mənzərəsi var, əsasən də axşamüstü. Balkonda masa və yelləncək də var. Qonaqlar və dostlar ilə bir yerdə vaxt keçirmək üçün əla məkandır. Uşaqlar üçün basseyn qoymaq da mümkündür. Mənzilin ümumi sahəsi 140 kv.m. təşkil edir. Bütün otaqlar yaxşı təmirlidir, klassik və modern üslubunda yenicə əsaslı təmir işləri aparılıb. Yaşayış sahəsi 92 kv.m. təşkil edir, böyük balkonun sahəsi isə 48 kv.m.- dir. Ondan 18+ kv.m sahəsində şüşədən əlavə otaq da təzəcə tikilib. Həmin əlavə otaq həm yatmaq üçün yararlıdır, həm də iş və ya ofis otağı kimi istifadə oluna bilər. Bütün şüşələr jaluzlidir. Yataq otağından başqa digər bütün otaqlar isti döşəməlidir. Mənzildə Ariston sistemi var. Binanın su, qaz və elektrik ilə daimi təchizatı var. Bundan əlavə, mənzilin hamamında 1 tonluq su çəni də mövcuddur. Real alıcılar üçün endirim mümkündür.

Elanın mənbəyi

Orijinal elanı aç

© Eldar Rzayev bina.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

Bənzər elanlar