Eyni bina/kompleksdə (150 m) 3 oxşar elan da bu səviyyədədir (median 139 000 ₼). Ətraf üzrə müqayisə kompleks fərqini nəzərə almır — ona görə «ucuz/baha» hökmü vermirik.
Bu elan
ucuzoxşar elanların çoxubaha
Oxşar elanların çoxu bu aralıqdadır: 148 500 ₼ – 246 500 ₼
m² qiyməti 1 469 ₼ · Binəqədi medianı 2 378 ₼ — 38 % ucuz · Rayon qiymətləri
Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocahəsən (Xocəsən) yaşayış kompleksində 3 otaqlı, 1/9 mərtəbədə, 88.5 kv., tam yeni, təmirli mənzil satılır. İPOTEKAYA tam yararlıdır. Qaz, su və elektrik daimidir. İstilik sistemi kombidir. Kompleks yenidir. Geniş və sakit əraziyə sahibdir. Ərazidə 15 ədəd 9 mərtəbəli bina, məktəb, uşaq bağçası, supermarket (Grandmarket), aptek və s. var. Mənzilin balkon və pəncərələrinə yüksək keyfiyyətli dəmir çərçivə (reşotka) və pəncərə (balkon qapalıdır) vurulub.
Kompleksdən Xocəsən və Avtovağzal metro stansiyalarına avtobusla 15-20 dəqiqə, 20 Yanvar metro stansiyasına və şəhərə isə həm avtobusla həmdə taksilərlə qısa vaxtda çatmaq olar.
Mənzilin daxilində yeni qaz plitəsi və kombi, o cümlədən işlənmiş, lakin normal vəziyyətdə olan mətbəx mebeli və digər əşyalar hədiyə verilir.
Mənzilin çıxarışı (kupçası) var. Real alıcı ilə qiymətdə razılaşma mümkündür.