Prayk

Satış meneceri

600 ₼
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
6
Nömrə
№6052553

Təsvir

ARV Construction and Consulting group şirkətinə satış nöqtəsində fəaliyyət göstərəcək xanım satış meneceri tələb olunur. Fəaliyyət istiqamətlərimiz: * Modul evlərin və konteynerlərin istehsalı və satışı; * Fərdi sifariş əsasında modul tikililərin hazırlanması; * Mebel istehsalı və interyer həlləri. Təlim və əməkhaqqı şərtləri: İlk 1 ay ərzində namizəd şirkət tərəfindən təlim keçəcək. Bu müddətdə məhsullarımız, istifadə olunan materiallar, istehsal prosesi, qiymətlər və satış strategiyası haqqında ətraflı məlumat əldə edəcək. Təlim müddəti üçün əvvəlcədən razılaşdırılmış ödəniş nəzərdə tutulur. Təlim başa çatdıqdan sonra əməkhaqqı satışdan əldə olunan faiz əsasında formalaşacaq. Uğurlu satış nəticələrindən asılı olaraq aylıq gəlirin təlim dövründəki ödənişdən 10–15 dəfə və daha çox yüksək olması mümkündür. İş yeri: Satış nöqtəsi. İş qrafiki və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq. Öhdəliklər * Müştəriləri qarşılamaq və onlarla ünsiyyət qurmaq; * Modul evlər və mebel məhsulları haqqında ətraflı məlumat vermək; * Müştərilərin ehtiyaclarını müəyyənləşdirmək və uyğun təkliflər hazırlamaq; * Sifarişlərin qəbulunu və satış prosesini idarə etmək; * Potensial müştərilərlə əlaqə saxlamaq. Tələblər * Azərbaycan və rus dillərini yüksək səviyyədə bilmək (hər iki dildə sərbəst danışıq mütləqdir); * Ünsiyyət və təqdimat bacarığı; * Məsuliyyətli, aktiv və öyrənməyə həvəsli olmaq; * Satış sahəsinə maraq; * İş təcrübəsi arzuolunandır, lakin məcburi deyil.

Elanın mənbəyi

Orijinal elanı aç

© ARV Group busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp