Prayk
Satış Məsləhətçisi (Telesales / Digital Solutions) — Satış
Razılaşma yolu ilə

Satış Məsləhətçisi (Telesales / Digital Solutions)

YoxlanılıbBu gün
KateqoriyaSatış

№6361966·Baxışlar: 6

Təsvir

Maffin.tech müəssisələr üçün HRM, ERP, GPS izləmə, davamiyyətə nəzarət və süni intellekt əsaslı rəqəmsal həllər təqdim edir. Komandamıza satışda aktiv və nəticəyönümlü Satış Məsləhətçisi axtarırıq. Vəzifə öhdəlikləri Potensial korporativ müştərilərlə telefon və digər kanallar vasitəsilə ilk əlaqəni qurmaq; Məhsul və xidmətlərimizi təqdim etmək, görüşlər təyin etmək və satış prosesini idarə etmək; Müştərinin ehtiyacını müəyyən edərək uyğun həlli təklif etmək; Müştəri məlumatlarını CRM-də qeyd etmək və gündəlik hesabat vermək. Tələblər Satış və ya telesatış sahəsində təcrübə üstünlükdür; Güclü ünsiyyət və inandırma bacarığı; Azərbaycan dilində səlist danışıq (Rus və ya İngilis dili üstünlükdür); Aktiv, məsuliyyətli və satış hədəflərinə fokuslanan olmaq; Təcrübəsi olmayan, lakin satış bacarığına güvənən və öyrənməyə həvəsli namizədlər də müraciət edə bilərlər. Biz nə təklif edirik? 5 günlük iş qrafiki (şənbə və bazar istirahət); Fix əmək haqqı(təcrübədən asılı olaraq) + yüksək satış bonusları; Rəsmi əmək müqaviləsi; ERP, HRM, AI və digər korporativ texnologiya məhsulları üzrə praktiki bilik və təcrübə qazanmaq imkanı; Satış, danışıqlar və rəqəmsal həllər üzrə davamlı təlim və peşəkar inkişaf dəstəyi; Qısa müddətdə Satış Lideri (Sales Team Lead) vəzifəsinə yüksəlmək imkanı; Gələcəkdə şirkət daxilində digər istiqamətlər üzrə karyera inkişafı və keçid imkanı; Müasir və rəqəmsal iş mühiti. CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına (mövzu: "Telesales Satış Məsləhətçisi") göndərin və ya +994 77 220 67 67 nömrəsi ilə WhatsApp və zəng vasitəsilə bizimlə əlaqə saxlayın. Son müraciət tarixi: 25.12.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Maffin jobsearch.az · Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM