Prayk
Satış Təmsilçisi — Satış, Bakı
500 ₼

Satış Təmsilçisi

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
3
Nömrə
№5644176

Təsvir

DentaFusion MMC stomatoloji məhsulların, xüsusilə dental implant sistemlərinin Azərbaycanda satışı və distribusiyası ilə məşğul olan şirkətdir. Şirkətimiz fəaliyyətini genişləndirdiyi üçün yeni ərazilər üzrə çalışacaq, diş həkimləri və stomatoloji klinikalarla əməkdaşlıq quracaq Satış Menecerləri axtarırıq. Sabit əməkhaqqı + satış nəticələrinə əsaslanan bonus sistemi. Peşəkar inkişaf və təlim imkanları. Dental sahədə perspektivli karyera imkanı. Dinamik və peşəkar komandada çalışma imkanı. İş qrafiki: həftədə 5 gün 09:00-18:00 şənbə günü: 09:00-14:00 CV’lərinizi e-mail vasitəsilə göndərə bilərsiniz. Tələblər: Məsuliyyətli, dəqiq və intizamlı olmaq. Ünsiyyət və təqdimat bacarığı. Öyrənməyə və şəxsi inkişafa həvəsli olmaq. Aktiv, təşəbbüskar və nəticəyönümlü olmaq. Sahə satışında işləməyə və mütəmadi görüşlər keçirməyə hazır olmaq. Satış təcrübəsi arzuolunandır. Dental sahədə təcrübə üstünlükdür. Vəzifə öhdəlikləri: Təyin olunmuş ərazi üzrə dental implant məhsullarının satışını həyata keçirmək. Diş həkimləri və stomatoloji klinikalarla mütəmadi görüşlər keçirmək. Yeni müştərilər və əməkdaşlıq imkanları cəlb etmək. Mövcud müştərilərlə davamlı əlaqələri qorumaq və inkişaf etdirmək. Məhsullar haqqında məlumatları öyrənmək və həkimlərə peşəkar şəkildə təqdim etmək. Satış planını yerinə yetirmək və mütəmadi hesabat vermək. Maaş: 500-600 AZN Yaş: 22-30 Təhsil: Natamam ali İş təcrübəsi: 1 ildən 3 ilə qədər

Elanın mənbəyi

Orijinal elanı aç

© Dentafusion MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp