Prayk

Sətəmm Administratoru

Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar
6
Nömrə
№5324085

Təsvir

Vəzifə öhdəlikləri SƏTƏM sənədlərinin, prosedurlarının hazırlanması, qeydiyyatı, yenilənməsi və arxivləşdirilməsi; Layihələrin xüsusiyyətlərinə və Sifarişçinin tələblərinə uyğun SƏTƏM prosedurlarının hazırlanmasında iştirak etmək; Mövcud SƏTƏM prosedurlarına dəyişikliklərin SƏTƏM meneceri ilə razılaşdırılaraq həyata keçirilməsi; SƏTƏM hesabatlarının və statistik məlumatların hazırlanması; İşçilərin SƏTƏM təlimlərinin, sertifikatlarının və tibbi müayinə sənədlərinin uçotunun aparılması; SƏTƏM üzrə reyestrlərin və elektron məlumat bazalarının yenilənməsi; Layihə ərazisinə daxil olacaq işçilərin və texnikanın giriş icazələrinin alınması üçün Sifarişçi şirkətlə əlaqələndirmənin təmin edilməsi; İşçilərin və texnikanın əraziyə buraxılması üçün tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi; Risk qiymətləndirmələri və digər SƏTƏM sənədlərinin dövriyyəsinə inzibati dəstək göstərilməsi; SƏTƏM mühəndisləri və koordinatorları ilə sənədləşmə işlərinin əlaqələndirilməsi; SƏTƏM sənədlərinin layihə və şirkətdaxili prosedurlara uyğunluğunun izlənilməsi. Şirkətin SƏTƏMM məqsəd və hədəflərinin həyata keçirilməsinə dəstək göstərmək. Tələblər Ali və ya orta ixtisas təhsili; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (tikinti və neft-qaz layihələrində təcrübə üstünlükdür); SƏTƏM prosedurları və sənədləşmə tələbləri haqqında biliklər; Layihələr üzrə SƏTƏM sənədlərinin hazırlanması və idarə olunması prinsiplərini bilmək; MS Office proqramlarını, xüsusilə Excel və Word proqramlarını yaxşı bilmək; Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı; İngilis dili biliyi mütləqdir; Sənədləşmə, hesabatlılıq və təşkilatçılıq bacarıqları; Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı. Məsuliyyətlilik, operativlik, analitik düşünmə və komanda ilə işləmək bacarığı. İş şəraiti İş qrafiki: Həftədə 5 iş günü Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə nəticəsində müəyyən ediləcək; Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; Peşəkar inkişaf və karyera yüksəlişi imkanları. Müvafiq tələblərə cavab verən namizədlər  şəkilli CV-lərini mövzu hissəsində “SƏTƏMM Administratoru” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 29.11.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Amina and S Group jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp