
Bakı9
Şəxsi Avtomobili ilə Sürücü
Şəxsi Avtomobili ilə Sürücü
1 000 ₼
YoxlanılıbDünən
ŞəhərBakı
Tarix
Baxışlar9
Nömrə№6202438
Təsvir
Əsas vəzifə və öhdəliklər:
Səhər saat 08:10-da Qara Qarayev ərazisindən əməkdaşları götürərək Binə qəsəbəsinə çatdırmaq;
Axşam saat 18:00-da əməkdaşları Binə qəsəbəsindən Qara Qarayev ərazisinə aparmaq;
İş günü ərzində saat 09:00–16:00 aralığında şirkətin ehtiyaclarına uyğun olaraq şəhərdaxili gediş-gəlişləri həyata keçirmək;
Nəqliyyat vasitəsinin texniki sazlığını və təmizliyini təmin etmək;
Yol hərəkəti qaydalarına və təhlükəsizlik tələblərinə riayət etmək;
Əməkdaşların və şirkətə məxsus sənəd və yüklərin təhlükəsiz daşınmasını təmin etmək;
Verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək.
Namizədə dair tələblər:
B kateqoriyalı sürücülük vəsiqəsi;
Sürücülük təcrübəsi;
6–8 nəfərlik sərnişin tutumuna malik şəxsi avtomobilin (Mercedes-Benz Vito və ya analoji nəqliyyat vasitəsi) olması;
Bakı şəhərinin küçə və yollarını yaxşı tanımaq;
Yol hərəkəti qaydalarına ciddi riayət etmək;
Məsuliyyətli, intizamlı və punktual olmaq;
Ünsiyyət və davranış mədəniyyətinə malik olmaq;
Avtomobilin texniki vəziyyətinə diqqətlə yanaşmaq.
İş şərtləri:
Əmək haqqı: 1 000 AZN;
İş qrafiki: Həftədə 5 gün;
Nahar: Şirkət tərəfindən təmin olunur;
Mobil nömrə: Şirkət tərəfindən təmin olunur;
Yanacaq xərcləri: Şirkət tərəfindən qarşılanır.
İş qrafiki və marşrut:
Səhər: 08:10 – Qara Qarayev ərazisindən əməkdaşların götürülməsi və Binə qəsəbəsinə çatdırılması;
Gün ərzində: 09:00–16:00 – Şirkətin tapşırıqları əsasında şəhərdaxili gediş-gəlişlər;
Axşam: 18:00 – Əməkdaşların Binə qəsəbəsindən Qara Qarayev ərazisinə çatdırılması.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı elektron məktubun mövzu hissəsində aşağıdakı qeydiyyat formasından istifadə edilməsi xahiş olunur: “Şəxsi Avtomobili ilə Sürücü”
E-mail: [email protected]
Müraciət: https://busy.az/vacancy/207861/sexsi-avtomobili-ile-surucu
REKLAM










