
Bakı9
Smeta mühəndisi
Smeta mühəndisi
1 000 ₼
Yoxlanılıb2 ay əvvəl
ŞəhərBakı
Tarix
Baxışlar9
Nömrə№2139133
Təsvir
Luxstroy Construction həyata keçirdiyi tikinti layihələri üzrə təcrübəli və məsuliyyətli Smeta mühəndisi axtarır.
İş qrafiki:
Bazar ertəsi–Cümə: 10:00–18:00
Şənbə: 10:00–14:00
Bazar günü: istirahət günü
Şirkət: Luxstroy Construction
Məşğulluq növü: Tam ştat
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
Müraciət qaydası:
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə "[email protected]" elektron poçt ünvanına və ya elanda qeyd edilən nömrəyə göndərə bilərlər.
Tələblər:
Tikinti-quraşdırma və təmir işləri üzrə smeta hazırlamaq bacarığı;
Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması üzrə təcrübə;
Tikinti norma və qaydaları, layihə-smeta sənədlərinin hazırlanma prinsipləri barədə bilik;
Memarlıq, konstruktiv və mühəndis layihələrini oxumaq bacarığı;
Microsoft Office proqramlarını, xüsusilə Excel-i yüksək səviyyədə bilmək;
AutoCAD proqramında işləmək bacarığı;
MS Project və 1C proqramlarını bilmək üstünlükdür;
Analitik düşünmə və dəqiq hesablama bacarığı;
Məsuliyyətli, diqqətli və nəticəyönümlü olmaq;
Komandada işləmək və müəyyən olunmuş vaxt çərçivəsində tapşırıqları yerinə yetirmək bacarığı
Vəzifə öhdəlikləri:
Memarlıq, konstruktiv və mühəndis layihələri əsasında smetaların hazırlanması;
Layihələr üzrə iş həcmlərinin hesablanması və material sərfiyyatının müəyyən edilməsi;
Layihəyə dair aylıq texniki hesabatların, Forma №2, Forma №3 və xərc analizlərinin hazırlanması;
Podratçı və subpodratçılar tərəfindən təqdim edilən smeta və görülmüş iş hesabatlarının yoxlanılması;
Tikinti sahələrindən daxil olan texniki hesabatların təhlil edilməsi;
Tikinti-quraşdırma və təmir işləri üzrə qiymət təkliflərinin hazırlanması və təhlili;
Razılaşdırılmış qiymətlər əsasında yekun smeta sənədlərinin tərtib edilməsi;
Layihə, spesifikasiya, iş həcmləri və smeta sənədləri arasındakı uyğunsuzluqların müəyyən olunması;
Layihədə nəzərdə tutulmayan əlavə işlərin və dəyişikliklərin hesablanması;
Material, avadanlıq və görüləcək işlər üzrə bazar qiymətlərinin araşdırılması;
Layihə xərclərinin planlaşdırılması və büdcəyə uyğunluğunun yoxlanılması;
Smeta sənədlərinin tikinti norma və qaydalarına uyğun hazırlanmasının təmin edilməsi;
Rəhbərlik tərəfindən tələb olunan hesabatların vaxtında hazırlanaraq təqdim olunması.
Maaş: 1000-2000 AZN
Yaş: 25-50
Təhsil: Ali
İş təcrübəsi: 5 ildən artıq
Elanın mənbəyi
Orijinal elanı aç© Luxstroy MMC boss.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM










