Prayk

Store Keeper / BMS Operator

Razılaşma yolu ilə
Yoxlanılıb3 həftə əvvəl
Tarix
Baxışlar
6
Nömrə
№3132980

Təsvir

Əmək funksiyası Bina idarəetmə  sisteminin gündəlik monitorinqi və idarə olunmasını təmin etmək. İsitmə, Havalandırma və Kondisioner sistemləri, elektrik, santexnika, yanğın siqnalizasiya və digər inteqrasiya olunmuş sistemlərin fasiləsiz izlənməsini həyata keçirmək. Sistem siqnallarını və nasazlıqları müəyyən etmək, problemləri aradan qaldırmaq və bu barədə məlumat vermək. Bina idarəetmə  sisteminin xəbərdarlıqlarını operativ şəkildə izləmək, problemlərin aradan qaldırılması üçün texniki xidmət heyəti ilə koordinasiyanı təmin etmək. Gündəlik iş jurnallarını, sistem üzrə xəbərdarlıqları və avadanlıqların texniki göstəricilərinə dair hesabatları mütəmadi olaraq qeyd etmək Enerji sərfiyyatını izləmək və enerjiyə qənaət tədbirlərinin həyata keçirilməsinə dəstək olmaq. Sistem parametrlərinin müəyyən edilmiş iş standartların uyğun saxlanılmasını təmin etmək. Tələb olunduqda gündəlik, həftəlik və aylıq bina idarəetmə  sisteminin  hesabatlarını hazırlamaq və aidiyyəti şəxslərə təqdim etmək. Texniki xidmət və test prosesi zamanı podratçılar və təchizatçılarla koordinasiya işlərini təmin etmək. Sistemlərin iş göstəricilərini monitorinq etməklə profilaktik texniki xidmətin planlaşdırılmasına dəstək olmaq. Əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və şirkətin müəyyən edilmiş əməliyyat standartlarına uyğunluğu təmin  etmək. Daxil olan material, ehtiyat hissələri və avadanlıqların qəbulunu həyata keçirmək, miqdar və keyfiyyət baxımından yoxlamaq və sifariş sənədlərinə uyğunluğunu təsdiqləmək. Dəqiq inventar uçotunu aparmaq və anbar ehtiyatlarının müəyyən edilmiş səviyyədə saxlanılmasını təmin etmək. Materialları təsdiq edilmiş material tələbi formaları əsasında təhvil vermək. Kompüterləşdirilmiş Texniki Xidmət İdarəetmə Sistemi, Müəssisə Resurslarının Planlaşdırılması Sistemi və ya inventar idarəetmə sistemində anbar əməliyyatları üzrə məlumatları vaxtında yeniləmək. Daimi anbar sayımlarının aparılması və dövri fiziki inventar auditlərində iştirak etmək Kritik mühəndislik ehtiyat hissələri üçün minimum və maksimum ehtiyat səviyyələrinin qorumaq. Anbarın təmiz, təhlükəsiz və səliqəli vəziyyətdə saxlamaq. İnventar hərəkətlərinin monitorinqi və ehtiyac yarandıqda təkrar sifariş tələblərinin hazırlamaq. Materialların düzgün saxlanması və qorunması üçün müvafiq şəraitin təmin edilmək. Qəbul, çatdırılma, geri qaytarma və ehtiyat düzəlişləri üzrə bütün qeydlərin aparılmaq. Satınalma sifarişlərinin qəbulu və çatdırılmaların izlənməsində iştirak etmək Tələblər: Müvafiq vəzifə üzrə ən azı 3 il təcrübə Mexaniki/soyutma/buxar generator/isitmə və kondisioner sistemi/santexnika sahələrindən birinə aid texniki məktəb bitirmək və ya müəyyən peşə təhsilli Santexnika, dülgərlik, və ümumi texniki təchizat üzrə ümumi mexaniki bacarığı olmaq Azərbaycan dili səlis. İngilis və rus dili (arzuolunandır) Hər hansı tapşırılan işi nəzarətsiz müstəqil şəkildə başa çatdırmaq bacarığı və məsuliyyəti olmaq Uyğun texniki təchizat təcrübəsi Komandada işləmək bacarığı olmaq Davamlı inkişaf və öyrənməyə meyilli olmaq İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti; Siemens, Honeywell, Schneider, Johnson Controls və digər bina idarəetmə sistemlərinin platformaları üzrə bilik. Inventar idarəetməsi və stok nəzarəti üzrə biliklər. Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Son müraciət tarixi: 25.10.2026

Elanın mənbəyi

Orijinal elanı aç

© Fairmont Baku jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.

Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.

REKLAM
WhatsApp