Prayk

Təchizat Meneceri

Razılaşma yolu ilə
YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Satış
Tarix
Baxışlar
2
Nömrə
№6047768

Təsvir

CORE CONSTRUCTION MMC tikinti layihələri üzrə təchizat proseslərinin effektiv idarə olunması üçün komandamıza Təchizat Meneceri axtarır. Əsas vəzifə öhdəlikləri: Tikinti layihələri üzrə material, avadanlıq və texniki vasitələrə olan tələbatın müəyyənləşdirilməsi; Təchizat planlarının hazırlanması və icrasına nəzarət; Yerli və xarici təchizatçılarla danışıqların aparılması; Qiymət təkliflərinin toplanması və müqayisəli təhlilinin aparılması; Ən sərfəli qiymət və şərtlərlə satınalmaların təşkili; Sifarişlərin vaxtında çatdırılmasına nəzarət; Müqavilə, hesab-faktura və digər təchizat sənədlərinin hazırlanması və izlənilməsi; Anbar və tikinti sahələri ilə koordinasiyanın təmin edilməsi; Təchizat xərclərinin optimallaşdırılması. Namizədə tələblər: Ali təhsil (iqtisadiyyat, logistika, mühəndislik və ya müvafiq sahə); Tikinti sektorunda təchizat və satınalma üzrə iş təcrübəsi; Tikinti materialları və bazar qiymətləri haqqında biliklər; Danışıqlar aparmaq və analitik düşünmək bacarığı; MS Excel və digər ofis proqramlarında işləmək bacarığı; Məsuliyyətlilik, operativlik və komanda ilə işləmək bacarığı. CV-lərinizi mövzu hissəsində “Təchizat Meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. CORE CONSTRUCTION MMC – Peşəkarlıq, keyfiyyət və etibarlılıq! E-mail: [email protected] Müraciət: https://busy.az/vacancy/206591/techizat-meneceri
REKLAM