
15
Təcrübəçi
Təcrübəçi
Razılaşma yolu ilə
Yoxlanılıb1 həftə əvvəl
Tarix
Baxışlar15
Nömrə№4819314
Təsvir
FSC Company Consulting MMC – Təcrübə Proqramı
FSC Company Consulting MMC gəncləri və karyerasına yeni başlayan namizədləri mühasibatlıq, vergi uçotu, insan resurslarının idarə edilməsi (HR) və 1C operatorluğu istiqamətləri üzrə təcrübə proqramına dəvət edir.
Proqramın məqsədi iştirakçılara nəzəri biliklərini praktiki iş təcrübəsi ilə möhkəmləndirmək, real şirkət sənədləri və əməliyyatları ilə işləmək bacarığı qazandırmaq və gələcək karyeraları üçün peşəkar baza formalaşdırmaqdır.
Təcrübə müddətində iştirakçılar mühasibatlıq və vergi əməliyyatları, əmək münasibətlərinin sənədləşdirilməsi, elektron vergi sistemləri və 1C proqramı ilə işləmək üzrə bilik və bacarıqlar əldə edəcəklər.
Proqramı uğurla başa vuran və özünü doğruldan namizədlərə şirkətdə işlə təmin olunmaq imkanı yaradıla bilər.
Mühasibatlıq və vergi uçotu üzrə:
İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılmasında iştirak etmək;
Elektron qaimə-fakturalar, hesab-fakturalar və aktlarla işləmək;
Vergi bəyannamələrinin hazırlanması prosesində iştirak etmək;
Bank əməliyyatları, ödəniş tapşırıqları və hesablaşmaların uçotuna dəstək göstərmək;
Əməkhaqqı və vergi öhdəliklərinin hesablanması prosesini öyrənmək.
HR – İnsan resursları üzrə:
Əmək müqavilələrinin hazırlanması və elektron sistemdə rəsmiləşdirilməsinə dəstək göstərmək;
İşçilərin şəxsi işlərinin və kadr sənədlərinin hazırlanmasında iştirak etmək;
İşə qəbul, işdən azad olunma və məzuniyyət sənədləşməsini öyrənmək;
İş vaxtı tabelinin və əməkhaqqı məlumatlarının hazırlanmasına kömək etmək;
Əmək qanunvericiliyinin əsas tələblərini öyrənmək.
1C operatoru üzrə:
1C proqramında ilkin məlumatların sistemə daxil edilməsi;
Alış, satış, anbar və kassa əməliyyatlarının işlənməsi;
Elektron qaimə-fakturalar və mühasibat sənədləri üzrə məlumatların yoxlanılması;
Bank əməliyyatlarının və qarşılıqlı hesablaşmaların uçotuna dəstək göstərmək;
Proqramda hesabatların hazırlanması və məlumatların düzgünlüyünün yoxlanılması.
Rəhbər tərəfindən verilən tapşırıqları vaxtında və məsuliyyətlə yerinə yetirmək;
Şirkətin daxili qaydalarına və məxfilik prinsiplərinə riayət etmək.
Mühasibatlıq, maliyyə, iqtisadiyyat, insan resursları və ya əlaqəli sahələr üzrə təhsil alan və ya yeni məzun olmuş şəxslər;
Öyrənməyə və peşəkar inkişaf etməyə həvəsli olmaq;
Təcrübə tələb olunmur. Namizədlərə zəruri biliklər iş prosesində öyrədiləcək.
Microsoft Excel və Word proqramları üzrə ilkin biliklərə malik olmaq;
Rəqəmlərlə işləmək və sənədləşdirməyə maraq göstərmək;
Diqqətli, məsuliyyətli, intizamlı və komanda ilə işləmək bacarığına malik olmaq;
Azərbaycan dilini bilmək; rus və ingilis dillərini bilmək üstünlükdür;
1C proqramı, vergi sistemləri və HR sənədləşməsi üzrə ilkin biliklərin olması üstünlük hesab edilir.
Elanın mənbəyi
Orijinal elanı aç© FSC COMPANY busy.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM






