Təhlükəsizlik komandasına Kameralara nəzarət üzrə operator tələb olunur (Qadın) – Bayıl kampusu“LANDAU School”da Bayıl kampusu üçün Təhlükəsizlik komandasına Kameralara nəzarət üzrə operator (yalnız qadın namizəd) axtarışındayıq!Təsvir:Müşahidə kameraları vasitəsilə məktəb binası və ərazisinə nəzarət etmək;Şübhəli hərəkət və ya qayda pozuntusu müşahidə edildikdə dərhal müvafiq şəxslərə məlumat vermək;Təhlükəsizliklə bağlı hadisələri qeydiyyata almaq və rəhbərliyə hesabat təqdim etmək;Kamera və müşahidə sistemlərinin işlək vəziyyətdə olmasını izləmək, nasazlıq olduqda texniki şöbəyə məlumat vermək;Məxfilik prinsiplərinə riayət etmək və əldə olunan görüntüləri üçüncü şəxslərlə paylaşmamaq;Məktəbin daxili qaydalarına uyğun şəkildə fəaliyyət göstərmək.Tələblər:Qadın namizəd;Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;Orta səviyyədə rus və azərbaycan dilləri biliyi;Müşahidə sistemləri ilə işləmə bacarığı;Diqqətli və məsuliyyətli olmağı;Məktəb mühitində etik qaydalara riayət etməsi;Təhlükəsizlik sahəsində təcrübə arzuolunandır.Biz nə təklif edirik:AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.Müraciət qaydası:099 206 04 49 (Vatsap ancaq. Zəhmət olmasa, müraciətlə bağlı zəng etməyin. Bütün müraciətlərə geri dönüş yalnız Vatsap üzərindən ediləcəkdir.)Müraciət edən namizədlər mütləq şəkildə CV-lərini və ya ən azı özləri haqqında qısa məlumatı və kampus uyğunluğunu qeyd etməlidir.Əks halda müraciətlər nəzərdən keçirilməyəcək və geri dönüş təmin edilməyəcəkdir.