
Bakı3
Terminallarla iş üzrə mütəxəssis

Razılaşma yolu ilə
Terminallarla iş üzrə mütəxəssis
Yoxlanılıb1 həftə əvvəl
Təsvir
Bankın ödəniş terminallarının fasiləsiz, təhlükəsiz fəaliyyətini və səmərəli istifadəsini təmin etmək;Nasazlıqların vaxtında aşkarlanması və aradan qaldırılması məqsədilə terminalları test rejimində yoxlamaq;Terminalların istifadəsinə dair təlimatları hazırlamaq, müvafiq sənədləşməni aparmaq və təlimatlara lazımi dəyişiklikləri vaxtında etmək;Real iş rejimində olan terminalların istismar nəticələrini, proqram təminatındakı dayanmaları, eləcə də məlumat emalında keyfiyyət və sürətin aşağı düşməsi səbəblərini araşdırmaq, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;Filialların və xidmət mərkəzlərinin texniki sorğularına cavab vermək;ADM və Ödəniş Terminallarına texniki dəstək göstərmək (təmir, profilaktika, ümumi təmizlik).
Tələblər:
Ali təhsil (texniki);İnformasiya texnologiyaları sahəsində 3 illik iş stajı;Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilmək;SQL bilikləri və sorğu yazmaq bacarığı;Hardware (texniki avadanlıq) və software (proqram təminatı) üzrə ümumi biliklərKompüter proqramlarında işləmək qabiliyyəti (Microsoft Office, FlexCube, CASPEL və sair);Yeni informasiya texnologiyaları və ofis avadanlığından səmərəli istifadə bacarığına malik olmaq.
Vakansiya növü: Tam ştat
Vəzifə səviyyəsi: Orta səviyyəli
Şirkət: ATB Bank
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/atb/atb-terminallarla-is-uzre-mutexessis-18666685/apply
REKLAM











