
13
Texniki Supervayzer
Texniki Supervayzer
2 000 ₼
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar13
Nömrə№4997829
Təsvir
Funksiya: Şirniyyat Kateqoriyası üzrə İdarəedici Direktorluq/Biznes İnkişaf Şöbəsi (Nestle) Nescafe Professional Bölməsi
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 08:00-17:00/08:30-17:30/09:00-18:00
Ümumi məlumat:
Mexaniki, elektrik və avtomatika avadanlıqlarının təmiri və texniki xidmətinin təşkili, verilən tapşırıqların vaxtında və düzgün icrasına nəzarət etmək.
Vəzifə funksiyaları:
Mexaniki, elektrik və elektronika avadanlıqlarının təmiri və texniki xidmət işlərini təşkil etmək və nəzarət etmək;
Avtomatika sistemləri (maqnitişəsalıcı, rele, kontroller və s.) üzrə işlərin düzgün işləməsini təmin etmək və texniki problemlərin operativ həllini təmin etmək;
Texniki problemlərlə bağlı daxil olan zəngləri qəbul etmək, ilkin qeydləri aparmaq və məsələnin operativ həlli üçün müvafiq əməkdaşlara yönləndirmək;
Verilən texniki tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
Ərazidə yoxlama işlərini həyata keçirmək;
Kollektivlə effektiv ünsiyyət qurmaq, komanda daxilində koordinasiyanı təmin etmək;
İstehsalat proseslərinin fasiləsiz və təhlükəsiz şəkildə aparılmasına dəstək göstərmək.
Vəzifə tələbləri:
Ali təhsil (elektrik, elektronika və ya əlaqəli sahə üzrə);
Mexaniki, elektrik və elektronik avadanlıqların təmiri sahəsində minimum 2 il iş təcrübəsi;
Avtomatika bilikləri (maqnitişəsalıcı, rele, kontroller və digər əlaqəli sistemlər);
İstehsalat sahəsində iş təcrübəsi arzuolunandır;
Ərazidə yoxlama işlərinin aparılması üçün şəxsi avtomobilin olması;
Yaxşı ünsiyyət və kollektivdə işləmək bacarığı;
Rus dili biliyi mütləqdir.
Əmək haqqı: 2000 – 3000 AZN
Təminatlar:
Nəqliyyat xidməti
Nahar ödənişi
Müraciət etmək istəyən namizədlər CV-ləri mövzu bölməsində “Texniki Supervayzer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.veyseloglu.az/ saytına göndərə bilərlər.Yalnız ilkin seçimdən keçən namizədlərlə əlaqə saxlanılacaq.
Maaş: 2000 AZN
Son müraciət tarixi: 22.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Veysəloğlu MMC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM











