
Təyyarə bələdçilərinin sertifikatlaşması üzrə mütəxəssis

Razılaşma yolu ilə
Təyyarə bələdçilərinin sertifikatlaşması üzrə mütəxəssis
YoxlanılıbDünən
Təsvir
Təyyarə Bələdçilərinin sertifikatlaşdırılması və sənədləşdirilməsi üzrə bütün fəaliyyətlərin şirkətin məqsədlərinə, tətbiq olunan normativ tələblərə və MN.DMS.001 “Sənəd İdarəetmə Sistemi üzrə Təlimat”da müəyyən edilmiş AHY DMS tələblərinə uyğun həyata keçirilməsini təmin etmək;Uçuş və aviasiya təhlükəsizliyi üzrə yüksək standartlara riayət olunmasına, əməliyyat mükəmməlliyinin, təlimlərin effektivliyinin, standartlaşdırmanın və Təyyarə Bələdçilərinin səriştəlilik səviyyəsinin yüksək səviyyədə saxlanılmasına dəstək olmaq;Təyyarə Bələdçilərinin sertifikatlaşdırılması və sənədləşdirilməsi proseslərini təşkil etmək və müvafiq sənədləri hazırlamaq;Sertifikatların, tibbi sənədlərin və digər müvafiq sənədlərin etibarlılıq müddətlərinə və uyğunluğuna nəzarət etmək;İlkin, yenidən təsdiqləmə, yenilənmə və dövri təlimlərdən sonra müvafiq sertifikatları hazırlamaq və rəsmiləşdirmək;Təlim, uçuş yoxlamaları və sertifikatlaşdırma nəticələrini təsdiq edilmiş sistemlərə vaxtında daxil etmək və məlumat bazasını yeniləmək;Hesabatlar hazırlamaq, audit və yoxlamalar üçün tələb olunan sənədləri toplamaq və təqdim etmək;Uyğunsuzluq və çatışmayan sənədlər barədə aidiyyəti rəhbərləri məlumatlandırmaq və görüləcək tədbirləri koordinasiya etmək;Vəzifə üzrə görülmüş işlər və məsuliyyət sahələri barədə rəhbərliyə hesabat vermək.
Tələblər:
Ali təhsil;Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – orta; Rus dili – arzuolunandır.MS Office proqramlarında işləmək bacarığı;Sənədlərin düzgün idarə olunması, qeydiyyatı və arxivləşdirilməsi üzrə bacarıq;Diqqətlilik, dəqiqlik və məxfi məlumatlarla işləmək bacarığı;Öyrənmə və yeni prosesləri tez mənimsəmə qabiliyyəti;Dəyişikliklərə və yeni iş şəraitinə uyğunlaşma bacarığı;Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı;Vaxtın düzgün idarə edilməsi və tapşırıqların müəyyən edilmiş müddətlərdə icra olunması bacarığı.
İş yeriHeydər Əliyev Beynəlxalq Hava Limanı.İş rejimi5 günlük iş qrafiki (09:00–18:00).
Vakansiya növü: Tam ştat
Şirkət: "Azərbaycan Hava Yolları" QSC
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/azal/azal-teyyare-beledcilerinin-sertifikatlasmasi-uzre-mutexessis-79515491/apply
Bənzər elanlar


Razılaşma yolu ilə
Aviatexniki təchizat və materialların idarəedilməsi şöbəsi/ Mütəxəssis
BakıBu gün 11:18






Elanın sahibi



Razılaşma yolu ilə
“Bakıaeronaviqasiya” / HHİ (Hava hərəkətinin idarə edilməsi) Dispetçeri
BakıDünən 18:40




