Prayk
Yanğından mühafizə üzrə aparıcı mütəxəssis — Digər, Bakı
Razılaşma yolu ilə

Yanğından mühafizə üzrə aparıcı mütəxəssis

YoxlanılıbBu gün
Şəhər
Bakı
Kateqoriya
Digər
Tarix
Baxışlar
7
Nömrə
№4937190

Təsvir

Azərbaycan Respublikasının Konstitusiyasını, Əmək Məcəlləsini, yanğın təhlükəsizliyi və texniki təhlükəsizlik sahəsində qüvvədə olan qanunvericilik aktlarını, müvafiq qayda, norma və standartları rəhbər tutaraq vəzifə funksiyalarını icra etmək;Avadanlıqların, binaların, qurğuların və digər obyektlərin yanğına qarşı vəziyyətini qiymətləndirmək;Yanğın təhlükəsizliyi məsələləri üzrə struktur bölmələrdə planlı və plandankənar nəzarət tədbirlərini həyata keçirmək;Ərazilərdə, binalarda, qurğularda, otaqlarda, anbarlarda və nəqliyyat vasitələrində baş vermiş yanğın və yanma hallarının səbəblərini araşdırmaq, müvafiq hesabatlar hazırlamaq;İlk yanğınsöndürmə vasitələrinə olan tələbatı müəyyənləşdirmək, onların sayını planlaşdırmaq, mövcudluğuna və saz vəziyyətdə olmasına nəzarət etmək;Yanğınların qarşısının alınması və yanğından mühafizənin gücləndirilməsi məqsədilə zəruri tədbirləri hazırlamaq və həyata keçirmək;İşçilərlə yanğın-texniki minimum və yanğın təhlükəsizliyi qaydaları üzrə təlim və məşğələlər keçirmək;Mövcud qayda, norma və standartlarda nəzərdə tutulmuş yanğın təhlükəsizliyi tədbirləri üzrə təlimatların hazırlanmasında iştirak etmək və yanğına qarşı tədbirlərin həyata keçirilməsini təmin etmək;Yanğın profilaktikası üzrə işləri planlaşdırmaq və həyata keçirilməsinə nəzarət etmək;Əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarət etmək;Təhlükə potensiallı obyektlərdə texniki təhlükəsizlik tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;Təsdiq edilmiş prosedur, qayda və formaların icrasına nəzarət etmək, aşkar edilmiş uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək. Tələblər: Təhsil: Müvafiq sahə üzrə ali təhsilİş təcrübəsi: Müvafiq sahə üzrə ən az 2 il stajıDil bilikləri: Yaxşı səviyyədə ingilis və ya rus dili arzuolunandırRəqəmsal bacarıqlar: MS office (yaxşı səviyyədə)Azərbaycan Respublikasının Əmək QanunvericiliyiAzərbaycan Respublikasında Yanğın Təhlükəsizliyi QaydalarıYanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının QanunuPeşəkar ehtiyatlılıqPlanlaşdırma və təşkilatçılıqAnalitik düşünmə və problem həll etmə bacarığıRisklərin idarə edilməsiDiqqətlilik. Vakansiya növü: Tam ştat Şirkət: Azərbaycan Dəmir Yolları Yer: Bakı, Azərbaycan Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-yangindan-muhafize-uzre-aparici-mutexessis-47942473/apply
REKLAM