
9
Zəif cərəyan mühəndisi
Zəif cərəyan mühəndisi
1 800 ₼
Yoxlanılıb2 həftə əvvəl
Tarix
Baxışlar9
Nömrə№4831560
Təsvir
Tələblər:
Ali təhsil (zəif axın üzrə);
Bu sahə üzrə ən azı 5 il iş təcrübəsi;
Zəif cərəyan sistemləri, elektrik sxemləri və layihə sənədləri ilə işləmə bacarığı;
Müvafiq normativ və standartlar barədə bilik;
MS Office proqramlarını (xüsusilə Excel) yaxşı səviyyədə bilmək;
Analitik düşünmə və diqqətlilik.
Vəzifə öhdəlikləri:
Tikinti obyektlərində zəif cərəyan sistemlərinin (video müşahidə, yanğın siqnalizasiyası, giriş-çıxış nəzarəti, telefon və şəbəkə sistemləri və s.) layihə üzrə quraşdırılmasına nəzarət edilməsi;
Layihə sənədlərinin zəif cərəyan hissəsinin yoxlanılması və icra olunan işlərin layihəyə uyğunluğunun təmin edilməsi;
Zəif cərəyan sistemlərinin kabel xətlərinin çəkilməsi, avadanlıqların quraşdırılması, sazlanması və sınaqdan keçirilməsi;
Podratçı və təchizatçılar tərəfindən görülən zəif cərəyan işlərinə texniki nəzarətin aparılması;
Tikinti-quraşdırma işlərinin gedişi zamanı yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
Görülən işlər üzrə akt və digər icra sənədlərinin hazırlanması və yoxlanılması;
Avadanlıq və materiallara olan tələbatın müəyyən edilməsi, texniki xarakteristikalara uyğunluğunun yoxlanılması;
Rəhbərliyə müvafiq hesabatların təqdim edilməsi.
İş şəraiti
İş yeri: Bakı şəhəri, Yasamal rayonu
Əmək haqqı: 1800 AZN +
İş saatları (iş rejimi): 08:30-17:30 (I-V), istirahət günü (şənbə-bazar)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1800 AZN
Son müraciət tarixi: 19.11.2026
Elanın mənbəyi
Orijinal elanı aç© Ramco CJSC jobsearch.az — Elanın mətni, şəkilləri və digər materialları hüquq sahiblərinə məxsusdur.
Mətn, qiymət və əlaqə nömrəsi mənbədəki kimi saxlanılır və avtomatik sinxronlaşdırılır. Prayk yalnız elanı daha çox alıcıya göstərir, bazar analizi aparır, mənbənin və elanın etibarlılığını yoxlayır və şəkil analizi ilə kopya elanların qarşısını alır. Müəllif və ya hüquq sahibisinizsə, elandakı telefon nömrəsi ilə elana sahiblənə və ya silinməsini tələb edə bilərsiniz.
REKLAM











