Bazar qiymətləri

Qiymətlər necə hesablanır

Prayk-dakı hər bazar qiyməti, «Sərfəli» çipi, Deal Score və dəyər hesablayıcıları eyni açıq metodologiya ilə işləyir. Burada mənbələr, hesablama qaydaları və canlı ölçülmüş dəqiqlik var.

Data mənbələri

Qiymətlər Azərbaycan elan saytlarından toplanan real təklif elanlarına və Prayk-ın öz kataloquna əsaslanır. Hər elan bir müşahidədir: qiymət, parametrlər, yer, nə vaxt göründü və nə vaxt yoxa çıxdı.

Son 90 gündə müşahidə
195 692
Qiymət səbəti
59 083
Göstərilə bilən səbət (N ≥ 8)
20 176
Son yenilənmə
28 sentyabr 2026

Qiymət necə hesablanır

  1. 1Müşahidələr pilləli səbətlərə bölünür: avto — marka → model → il (±1) → ban → mühərrik/qutu/yürüş; əmlak — əməliyyat → tip → rayon → otaq → sahə zolağı → tikili növü.
  2. 2Hər səbətdə kənar dəyərlər atılır (IQR × 1,5), sonra median və P25–P75 aralığı hesablanır. Orta qiymət yox, median: bir neçə şişirdilmiş elan nəticəni sürükləmir.
  3. 3Oxuma ən dəqiq səbətdən başlayır və ən azı 8 elanı olan ilk səbətdə dayanır. Səbətlər heç vaxt toplanmır — həmişə tək səbət oxunur.
  4. 4Koordinatlı əmlak elanı üçün 500 m radiusda qonşu elanlardan geo-səbət qurulur — rayon statistikasından dəqiqdir.
  5. 5Səbətlər hər gecə yenidən qurulur; elan kartındakı bazarla fərq (%) hər 6 saatdan bir yenilənir.

Süni intellektin rolu

Qiymət söhbət modelindən (ChatGPT tipli) gəlmir — onu real elanlar üzərində qurulmuş statistik səbətlər və dəyər hesablayıcılarında hedonik model hesablayır. AI yalnız elanın mətnini və şəklini yoxlayır, riskləri izah edir və hesablanmış nəticəni sadə dillə şərh edir; rəqəmi dəyişmir.

Dürüstlük qaydaları

  • N < 8 olan səbət istifadəçiyə göstərilmir — az nümunədən çıxan «bazar qiyməti» aldadıcıdır.
  • Yalnız kateqoriya və ya marka səviyyəli (ən dayaz) səbətdə bal verilmir: kiçik bir cihaz bütün kateqoriya ilə tutuşdurulmur.
  • Başqa saytdan idxal olunan elanda «yeni satıcı» cəzası yoxdur — tanınma botun ilk görməsidir, satıcının yaşı deyil.
  • Bazardan 45 % və daha ucuz qiymət «əla» deyil, RİSK siqnalıdır — yem qiymətləri bal tavanı ilə məhdudlaşır.
  • Bütün qiymətlər bazar TƏKLİF qiymətidir — real sövdələşmə qiyməti deyil.
  • Eyni bina/kompleksdə (150 m) ən azı 3 oxşar elan ətraf müqayisəsinin hökmü ilə uyğun gəlmirsə, «ucuz/baha» deyilmir — ətraf medianı premium və adi binaları qarışdırır.

Dəqiqlik (backtest)

Dəyər hesablayıcısının modeli hər həftə görmədiyi elanlar üzərində yoxlanılır: median mütləq faiz xətası (MdAPE) və proqnozun ±10 % / ±20 % aralığına düşən pay.

SeqmentEtibarlılıqNÖrtükMdAPE±10 %±20 %
Bütün seqmentlərHamısı2 01496,2 %12,1 %43,8 %69,0 %
Bütün seqmentlərYüksək1 514100,0 %10,4 %48,8 %75,6 %
Bütün seqmentlərAşağı12438,7 %36,0 %16,7 %31,3 %
Bütün seqmentlərOrta376100,0 %22,1 %27,4 %47,1 %
auto · *Hamısı2 06294,5 %9,6 %51,8 %78,1 %
auto · *Yüksək1 834100,0 %9,4 %52,8 %79,5 %
auto · *Aşağı1237,3 %15,7 %33,3 %66,7 %
auto · *Orta105100,0 %16,8 %34,3 %55,2 %

Backtest tarixi: 2026-09-28

Yenilənmə tezliyi

Səbətlər hər gecə yenidən qurulur; kart deltaları hər 6 saatdan bir; hesablayıcı əmsalları hər gecə; backtest hər həftə.

Metodologiya dəyişəndə bu səhifə yenilənir. Rəqəmlər canlı bazadan gəlir və məlumat xarakteri daşıyır.