Prayk İndeksi: mənzil, kirayə və avtomobil qiymətləri indi aylar üzrə

Bazar qiymətləri səhifəsi bu günü göstərir. Bəs qiymət keçən ay neçə idi? Yeni Prayk İndeksi səhifəsi hər ayın rəqəmini saxlayır: bitmiş ayın göstəricisi dəyişmir, ona istinad etmək olar.
Səhifədə nə var
- Daşınmaz əmlak — mənzil, həyət evi və kommersiya obyektləri üzrə satışda 1 m² qiyməti, kirayədə aylıq və günlük haqq.
- Şəhər və rayonlar — hazırda Bakı, Sumqayıt, Xırdalan və Abşeron üzrə mənzilin 1 m² qiyməti.
- Avtomobil markaları — 20-dən çox markanın median qiyməti.
İlk tam ay: sentyabr 2026
Sıra 2026-cı ilin sentyabrından başlayır. Həmin ayın göstəriciləri:
- Mənzil satışı — ölkə üzrə 2 572 ₼/m²; Bakıda 2 742 ₼/m², Sumqayıtda 1 767 ₼/m², Xırdalanda 1 762 ₼/m², Abşeronda 1 421 ₼/m².
- Mənzil kirayəsi — ayda 697 ₼.
- Həyət evləri və villalar — 997 ₼/m².
- Avtomobillər: Mercedes-Benz 11 147 ₼, Hyundai 19 798 ₼, Kia 20 766 ₼, Toyota 18 084 ₼, BMW 22 757 ₼, VAZ (LADA) 4 900 ₼.
Bunlar elanlardakı təklif qiymətlərinin medianıdır: satıcıların yarısı bundan baha, yarısı ucuz istəyir. Real alqı-satqı qiyməti adətən bir qədər aşağı olur.
Niyə faiz hələ yoxdur
Cədvəldə aylıq dəyişmə faizi yalnız iki ayın elan sayı bir-birinə yaxın olanda göstərilir. Hazırda elan bazası sürətlə böyüyür, ona görə ayların fərqi qiymətin yox, elan tərkibinin dəyişməsindən yarana bilər. Belə xanada faiz əvəzinə «seçmə dəyişib» yazılır. Cari ayın rəqəmi isə ay bitənə qədər «ilkin» nişanı ilə göstərilir.
Kim üçün
- Alıcı və satıcı — qiymətin səviyyəsini aylar üzrə görür.
- Jurnalist və tədqiqatçı — rəqəmdən mənbə göstərməklə istifadə edir; bütün sıra səhifədən CSV kimi yüklənir. İstinad qaydası «Tədqiqatçılar üçün» səhifəsindədir.
Hesablama qaydası metodologiya səhifəsində, bugünkü qiymətlər «Bazar qiymətləri» bölməsində, modellərin yaşa görə ucuzlaşması isə ayrıca səhifədədir.