
5-ci dərəcəli kran operatoru (Bakı Limanı)

Negotiable
5-ci dərəcəli kran operatoru (Bakı Limanı)
AnalyzingToday
Description
Krana qoşulan bütün növ yüktutucu (qarmaq, spreyder, maqnit, qreyfer və s.) avadanlıqların qoşulmasında iştirak etmək; Orta mürəkkəbli (0-75 ton aralığında) yük qaldırma əməliyyatlarını icra etmək; Yükaşırma prosesində risklərin müəyyən edilməsində iştirak etmək; Yükaşırmada təyin edilmiş hədəflərə çatmaq üçün rəhbəri tərəfindən təyin edilmiş normalara çatmaq üçün səy göstərmək; Yazılı, şifahi və ya siqnal işarələri əsasında qaldırılacaq yükün və həmin yükün yerinə uyğun manevrlərə əməl etmək; Əl rıçaqları və pedallar vasitəsilə kranı şassi üzərində döndərmək və qaldırılacaq yükə görə oxun çıxışını nizamlamaq və qarmağı lazımi məsafədə endirib qaldırmaq; Kranla əməliyyatlar edərkən dəqiq hesabat aparmaq və qəbul edilmiş standartlar əsasında işi yerinə yetirmək; Verilən təlimatlara və işarələrə dəqiq əməl etmək;
Tələblər:
Portal kran operatoru (5-ci dərəcəli) sertifikatı;Xidmət edilən portal kranın və onun mexanizmlərinin quruluşuna dair biliklər; Yüklərin yerdəyişmə üsullarına dair biliklər; Texnoloji avadanlığın quraşdırılmasına dair bilik və bacarıqlar; Xarici görkəminə görə yükün kütləsinin müəyyənləşdirilməsinə dair biliklər; Kran, tros və zəncirlərin yükgötürmə qabiliyyətinə dair biliklər; Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını bilmək;Yanğından mühafizənin norma və qaydalarına dair biliklər; Peşəkar ehtiyatlılıq; Risklərin idarə edilməsi; Problem həll etmə.
Vakansiya növü: Tam ştat
Şirkət: Azərbaycan Dəmir Yolları
Yer: Bakı, Azərbaycan
Müraciət: https://jobs.glorri.com/vacancies/ady/ady-5-ci-dereceli-kran-operatoru-baki-limani-419838/apply
Similar listings















