Təsvir
Mühafizə olunan obyektdə müəyyən edilmiş buraxılış rejiminə və daxili rejim qaydalarına əməl etmək;
Mühafizə olunan obyektlərə giriş və çıxış zamanı (xidməti vəzifələrini icra edən, xidməti vəsiqələrini təqdim etdikdən sonra hüquq mühafizə və digər dövlət orqanlarının əməkdaşları istisna olmaqla), onların əşyalarını və nəqliyyat vasitələrini xüsusi texniki vasitələrdən istifadə etməklə yoxlamaq və ya baxış keçirilməklə müşahidə etmək;
Mühafizə olunan obyektlərdə qanuna zidd hərəkətlər törətmiş şəxslər mühafizəçinin qanuni tələblərinə tabe olmadıqları və ya mühafizəçiyə qarşı fiziki qüvvə tədbiq olunduğu hallarda həmin şəxslər barədə dərhal müvafiq hüqüq mühafizə orqanına məlumat vermək, növbə rəisinə məruzə etmək, bölmə rəisini məlumatlandırmaq;
Növbəni qəbul edərkən, alət və avadanlıqların sazlığını yoxlamaq;
Xidməti vəzifələrini vaxtında, dəqiq və təhlükəsiz yerinə yetirmək, ixtisasını daim təkmilləşdirmək;
Departamentə aid olan xüsusi vasitələri, avadanlıq və inventarları, xidməti vəsiqəsini qorumaq və səliqəli saxlamaq;
Zərurət yarandığı hallarda qatarları müşahidə və mühafizə etmək;
Rəhbərlik tərəfindən verilən digər əmr və göstərişləri yerinə yetirmək.
Tələblər
Müvafiq sahə üzrə təcrübə arzu olunandır.
Təhsil səviyyəsi: Orta təhsil
Hərbi mükəlləfiyyətli;
Mühafizə işinin təşkilinə dair əmr, göstəriş, qayda və təlimatlar;
Əməyin mühafizəsi, yanğından mühafizə üzrə norma və qaydalar
Təxirəsalınmaz ilkin tibbi yardım qaydaları;
Rabitə və idarəetmə qurğularından istifadə üzrə praktiki bilik və bacarıqlar;
Diqqətlilik, şifahi ifadə, peşəkar ehtiyatlılıq.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Son müraciət tarixi: 23.10.2026
© Azərbaycan Dəmir Yolları · jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.