
B2B Satış Rəhbəri

800 ₼
B2B Satış Rəhbəri
VerifiedYesterday
Date
Number№3368066
Description
Şirkətimiz regional və beynəlxalq bazarlarda fəaliyyət göstərən gözəllik və estetik məhsullar üzrə qlobal satışların idarə olunması üçün yüksək motivasiyalı və nəticəyönümlü B2B Satış Rəhbəri axtarır.
Məqsədimiz regional və qlobal bazarlarda şirkətin bazar mövqeyini gücləndirmək, bazar payını artırmaq və satış həcmini davamlı şəkildə inkişaf etdirməkdir.
Tələblər
Ali təhsil
Xarici dil biliyi: İngilis və rus dilləri (mütləqdir)
B2B satış sahəsində minimum 5 il iş təcrübəsi
Beynəlxalq distribütor və partnyorlarla iş təcrübəsi
Satışın tam dövrünün idarə olunması üzrə təcrübə (lead generation → danışıqlar → bağlanma → after-sales)
5–10 nəfərlik satış komandasını idarə etmə bacarığı
Strateji satış planı hazırlamaq və icra etmək bacarığı
Bazar təhlili və rəqib araşdırması aparmaq bacarığı
Güclü liderlik və qərarvermə qabiliyyəti
Xüsusi Bacarıqlar
Liderlik və komanda ruhu
Güclü kommunikasiya və təqdimat bacarığı
Strateji və analitik düşüncə
Qərarvermə və problem həll etmə qabiliyyəti
Nəticəyönümlülük və məsuliyyətlilik
Stressə davamlılıq
Dəyişikliklərə çevik uyğunlaşma
Yüksək motivasiya və təşəbbüskarlıq
Vəzifə Öhdəlikləri
Regional və qlobal bazarlarda şirkətin bazar mövqeyini gücləndirmək və satış həcmini davamlı artırmaq
Satış prosesinin tam dövrünü idarə etmək: potensial müştərilərin müəyyən edilməsi, ilkin əlaqə, təqdimat, danışıqlar, müqavilə bağlanması və satış sonrası münasibətlərin idarə olunması
Yeni beynəlxalq müştərilərin və distribütorların cəlb edilməsi
Mövcud müştərilərlə uzunmüddətli və etibarlı biznes əlaqələrinin qurulması və qorunması
5–10 nəfərlik satış komandasını formalaşdırmaq, idarə etmək və motivasiya etmək
Satış hədəflərini müəyyənləşdirmək və komandaya yönləndirmək
Satış göstəricilərini analiz etmək və optimallaşdırma strategiyaları hazırlamaq
Rəhbərliyə müntəzəm hesabatlar təqdim etmək
Zərurət olduqda beynəlxalq sərgi və tədbirlərdə şirkəti təmsil etmək
İş Şəraiti
Əmək haqqı: 800 – 2.500 AZN (təcrübə və nəticələrə əsasən dəyişir)
Güclü bonus və komissiya sistemi
İş rejimi: I–V günlər, 09:00–18:00
Peşəkar inkişaf və beynəlxalq karyera imkanları
Ofis: Babək Plaza
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər - [email protected] /
[email protected]
Maaş: 800 AZN
Son müraciət tarixi: 28.10.2026
Müraciət: https://jobsearch.az/vacancies/company-b2b-satis-rehberi-152342
Similar listings















