
Baş Mühasib
Baş Mühasib
1 000 ₼
Verified1 weeks ago
Date
Number№2485993
Description
İş barədə məlumat
Maliyyə, vergi və idarəetmə uçotunun düzgün aparılmasına nəzarət
1C 8.3 proqramında bütün mühasibat əməliyyatlarının düzgün əks etdirilməsinə nəzarət
Maliyyə hesabatlarının (Mənfəət və zərər, Maliyyə vəziyyəti, Pul vəsaitlərinin hərəkəti və s.) hazırlanması və rəhbərliyə təqdim edilməsi
Vergi, DSMF, Statistika və digər dövlət qurumlarına təqdim edilən hesabatların hazırlanması və vaxtında təqdim edilməsinə nəzarət
ƏDV, Mənfəət vergisi, ÖMV, Əmlak vergisi, Torpaq vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanması və bəyan edilməsi
E-Qaimə, E-VHF, ƏDV depozit hesabı və digər elektron dövlət sistemlərində əməliyyatların həyata keçirilməsinə nəzarət
Debitor və kreditor borclarının, əsas vəsaitlərin, mal-materialların və pul vəsaitlərinin uçotuna nəzarət
Bank əməliyyatlarının, kreditlərin, valyuta əməliyyatlarının və idxal-ixrac əməliyyatlarının uçotunun aparılmasına nəzarət
Aylıq, rüblük və illik maliyyə nəticələrinin təhlili, rentabellik və likvidlik göstəricilərinin hazırlanması
Vergi və digər dövlət orqanları tərəfindən aparılan yoxlamalar zamanı şirkətin təmsil olunması
Mühasibatlıq şöbəsinin işinin təşkili, əməkdaşların fəaliyyətinin koordinasiya edilməsi və nəzarəti
Mühasibat sənədlərinin qanunvericiliyə uyğun arxivləşdirilməsinin təmin edilməsi
Rəhbərliyin tapşırığına uyğun maliyyə təhlillərinin və hesabatlarının hazırlanması
Namizədə tələblər
Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat ixtisası üzrə ali təhsil
Baş mühasib və ya aparıcı mühasib vəzifəsində minimum 5 il iş təcrübəsi
1C 8.3 proqramında peşəkar səviyyədə işləmək bacarığı
Vergi Məcəlləsi, Əmək Məcəlləsi və mühasibat uçotu haqqında qanunvericiliyin mükəmməl biliyi
E-Qaimə, E-VHF, ƏDV depozit hesabı və digər elektron dövlət sistemlərində işləmə bacarığı
MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək
Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə
İdxal-ixrac əməliyyatlarının uçotu üzrə təcrübə üstünlükdür
Audit və vergi yoxlamaları ilə işləmə təcrübəsi
Analitik düşünmə, yüksək məsuliyyət, dəqiqlik və liderlik bacarığı
Komandanı idarəetmə və qərarvermə bacarığı
İngilis dili biliyi üstünlükdür, rus dili biliyi arzuolunandır
İş şərtləri
İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00–17:00
Əmək haqqı: 1000 – 1500AZN (namizədin bilik və iş təcrübəsindən asılı olaraq)
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Korporativ iş mühiti
İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi
Əlaqə nömrəsi: 050-231-12-05 (HR)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Maaş: 1000 AZN
Son müraciət tarixi: 18.10.2026
Listing source
Open the original listing© AZPROM jobsearch.az — The text, photos and other materials of this listing belong to their rights holders.
The text, price and contact number are kept as on the source and synced automatically. Prayk only shows the listing to more buyers, runs market analysis, checks the reliability of the source and the listing, and uses photo analysis to stop copied listings. If you are the author or rights holder, you can claim the listing using the phone number in it or request its removal.
Similar listings














